Gundemxeber.az » Dünya » Əhməd Məsud: “Taliban” inklüziv hökumət qurarsa, dayanmağa hazıram
Əfqanıstan müqavimət ordusunun lideri Əhməd Məsud, "Taliban" ın inklüziv hökumət (bütün vətəndaşlar üçün bir hökumət - red.) quracağı və ölkədə vətəndaş hüquqlarına hörmət ediləcəyi təqdirdə siyasətdən getməyə hazır olduğunu bildirib. Bu barədə RİA Novosti yazır.
"Taliban iqtidarı hər kəslə bölüşmək, Əfqanıstanda ədalət mühütü qurmaq və hər kəsə bərabərlik və azadlıq bəxş etmək niyyətindədirsə, geri çəkilib siyasəti tərk edəcəm", - o bəyan edib.
Məsudun sözlərinə görə, başqa bir şərt mərkəzləşdirilməmiş icra orqanların yaradılmasıdır. “Bütün digər variantlar qəbuledilməzdir”, - deyə Məsud əlavə edib.
Müqavimət ordusunun lideri xaricdən heç bir maddi dəstək almadığını da qeyd edib. (virtualaz.org)
17-12-2017, 22:45
14-05-2017, 23:34
21-12-2014, 19:56
11-06-2016, 14:02
28-03-2016, 14:34
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?