Əl-Qaidə” “Taliban”ın Pakistanda törətdiyi qırğına görə narahatlığını dilə gətirib: “”Bizim ürəklərimiz ağrı ilə doldu”. Dünyanın ən nüfuzlu terror təşkilatlarından biri olan “əl-Qaidə” mücahidləri yalnız təhlükəsizlik qüvvələri ilə savaş aparmağa səsləyib.
Ötən cümə axşamı Pakistanın Pişəvəri şəhərində “Taliban” hərbi məktəbə hücum edib və 149 nəfəri öldürüb. Ölənlərin əksəriyyəti azyaşlı müdavimlər olub.
Musavat.com agence france-presse-yə istinadən bildirir ki, “Əl-Qaidə”nin Cənubi Asiya bölümünün mətbuat katibi Usama Məhəmməd təşkilat adından deyib: “Buna heç bir şübhə yoxdur ki, Pakistan Ordusunun törətdiyi cinayətlər qeyd olunmuş siyahı sona qədər çoxdan dolub. Bütün hədlər çoxdan aşılıb. Pakistan Ordusu özünü Amerikanın qulu kimi aparır və müsəlmanlara qarşı soyqırım törədir…ancaq bu heç də o demək deyil ki, biz intiqamımızı müsəlmanlara zülm etməklə almalıyıq”, “əl-Qaidə”nin mətbuat katibi deyib.
“Bizim Allahın düşmənlərinə qarşı çəkdiyimiz silahlaraoyuncaq idarəçilərə və qula dönmüş orduya görə uşaqlar, qadınlar və bizim müsəlman xalqımız hədəf seçilməməlidir”.
“Əl-Qaidə” lideri Ayman əl Zəvahiri təşkilatın Cənubi Asiya bölümünü Banqaladeş, Myanma və Hindistanda “cihad savaşı” aparmaq məqsədi ilə sentyabr ayında təsis edib.
Əfqanıstanda fəaliyyət göstərən “Taliban” hərəkatı da Pakistandakı “Təhriki-ə-Taliban” hərəkatını qınamış və günahsız uşaqların öldürülməsini İslama qarşı hərəkət kimi dəyərləndirmişdi.
Qeyd edək ki, 2007-ci ildə Beytullah Məsud tərəfindən yaradılmış “Təhriki-ə-Taliban” Əfqanıstandakı “Taliban”lamüttəfiqdir. Onların hər ikisində aparıcı qüvvənı puştun tayfaları təşkil edir və sünni islamın radikal tərəfdarlarıdır…
Pakistan rəhbərliyi isə hərbi məktəbdə həyata keçirilmiş qanlı hadisəni Amerikanı sarsıtmış 9/11 terror hadisəsi ilə müqayisə edib və yerli terror qruplarına qarşı hərbi əməliyyatları genişləndirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?