Yeni növ koronavirusun (COVID-19) "Mü" ştamı ABŞ-ın 49 ştatında aşkarlanıb. "Daily News" xəbər verir ki, sözügedən ştam ABŞ-ın Havay və Alyaska da daxil olmaqla 49 ştatında aşkar edilib. Nebraska yeni ştamın hələ qeydə alınmadığı yeganə ştatdır. "Delta" variantından daha yoluxucu və peyvəndlərə müqavimət göstərmək potensialına malik olduğu iddia edilən "Mü" variantı ilk dəfə yanvar ayında Kolumbiyada aşkarlanıb. Qeyd edək ki, Kaliforniya ştatında 384 nəfərdə bu ştama yoluxma müəyyən edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?