Gundemxeber.az » Dünya » Slovakiya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir - XİN rəhbəri
“Eskalasiyaya səbəb olacaq istənilən hərəkətlərdən çəkinmək və 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın bütün bəndlərini yerinə yetirmək vacibdir”.
Gundemxeber.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdən sonra keçirilən mətbuat konfransında Slovakiyanın xarici işləri naziri İvan Korçok deyib.
O bildirib ki, Avropa İttifaqının üzvü olaraq Slovakiya ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləməkdə davam edir: “Etimad tədbirlərinin möhkəmləndirilməsinə yönəlmiş son addımları alqışlayırıq”.
Slovakiyanın XİN rəhbəri azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinin vacibliyini qeyd edib: “Bu vacib məqamdır. Biz insanların həyatını qorumalı və bədbəxt hadisələrin baş verməsinin qarşısını almalıyıq”.
Gundemxeber.az
25-01-2014, 01:38
21-04-2020, 10:56
20-02-2019, 10:50
17-11-2017, 12:04
5-09-2018, 11:39
Sorğu
Yeni dizaynımız necədir?