Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da ABŞ-a səfər edəcək.
"HaberTürk" xəbər verir ki, bunu Ərdoğan ABŞ səfəri ilə bağlı sualı cavablandırarkən özü deyib. Bildirilib ki, o, 19-22 sentyabr tarixində keçiriləcək BMT-nin Baş Assambleyasına qoşulacaq. "Nəsib olarsa, bazar günü (sentyabrın 19-u) ABŞ-dayıq. Bazar ertəsi günü Nyu-Yorkda BMT Bas Assambleyasının iclasına qatılacağıq. Həmin gün BMT binası qarşısında tikilən 36 mərtəbəli "Türk Evi"nin açılışında iştirak edəcəyik"- deyə Türkiyə Cümhuriyyətinin Prezidenti qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?