Çin alimləri ABŞ-da koronavirusun Uhandan daha əvvəl yayılması barədə yeni versiya irəli sürüblər.
Tədqiqat zamanı təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı haqqında statistik məlumatlardan istifadə edilib.
"İlk yoluxma hadisəsinin tarixini təyin etmək üçün ABŞ-dan seçilmiş 12 nümayəndədən alınan məlumatların təhlili zamanı yeni versiya ortaya çıxıb. Versiyaya görə, ilk yoluxma ehtimalı 2019-cu ilin avqust və oktyabr ayları arasında meydana gəlib. Bu, rəsmi olaraq elan edilən tarixdən daha əvvəldir", - araşdırmada deyilir.
Qeyd edək ki, ABŞ-da ilk təsdiqlənmiş yoluxma halı 2020-ci ilin yanvarın 20-i göstərilir. Alimlərin apardığı təhlillər isə bu tarixin 2019-cu ilin sentyabrı olduğunu göstərir./report.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?