Gundemxeber.az » Dünya » ABŞ-ın ən yüksək hərbi rəsmiləri Əfqanıstandan çıxmaqla bağlı sorğu-sual ediləcək
ABŞ-ın yüksək səviyyəli hərbi rəsmiləri Əfqanıstanda müharibənin sona çatması və ABŞ qüvvələrinin 20 ildən sonra ölkədən çıxarılmasına qədər davam edən xaotik son həftələrlə əlaqədar çərşənbə axşamı sorğu-sual olunacaq.
Müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Başçısı General Mark Milli və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi Əfqanıstanda hərbi əməliyyatların sona çatması və ordunun gələcək terrorla mübarizə planları ilə əlaqədar dinləmələr üçün Senatın Silahlı Qüvvələr Komitəsinə gələcək.
Pentaqon Taliban ölkəni bir daha nəzarətə götürdükdən sonra Əfqanıstandan 120 mindən çox adamın çıxarılmasına səbəb olan geri çəkilmə əməliyyatını müdafiə edib.
Əməliyyatda 13 ABŞ hərbçisinin və 169 əfqanın həyatına son qoyan intihar hücumu da daxil olmaqla, Kabil beynəlxalq hava limanında bir çox qarışıq günlər yaşanıb.
Rəsmilər Bayden administrasiyasının geri çəkilmə planı və ABŞ-ın Əfqanıstandakı missiyasına son vermə qərarı ilə əlaqədar son hadisələr, məsələn, 10 mülki şəxsi öldürən hava hücumu kimi konkret hadisələrlə bağlı suallarla üzləşəcəklər.Ostin, Milli və Makkenzi çərşənbə günü yenidən Nümayəndələr Palatası Silahlı Xidmətlər Komitəsinin qarşısına çıxacaqlar./amerikaninsesi.org
11-01-2020, 12:28
11-01-2019, 11:36
16-06-2017, 12:05
10-09-2020, 10:44
17-08-2020, 11:38
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?