GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Siyasətin ağsaqqalı xəbərdarlıq etdi: sarsıntı ən gözlənilməz yerdə ola bilər

Siyasətin ağsaqqalı xəbərdarlıq etdi: sarsıntı ən gözlənilməz yerdə ola bilər

Tarix: 30-09-2021, 20:24 Bölmə :Dünya Baxış: 143


Qazaxıstanın lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev bu yaxınlarda bəyan etdi ki, Əfqanıstandakı vəziyyət Mərkəzi Avrasiya məkanında dərin dəyişikliklər prosesinin katalizatoruna çevrilib və bununla əlaqədar bölgənin təhlükəsizliyinin mövcud mexanizmlərinin möhkəmləndirilməsi, habelə yeni mexanizmlərin yaradılması tələb olunur.

Siyasətin ağsaqqalı, təbii ki, haqlıdır. Postamerika Əfqanıstanı doğrudan da bölgədə dərin dəyişikliklər üçün katalizator rolunu oynayır və bunun nəticələrini hələ dərk etmək lazımdır.  Üstəlik, bu proseslər Mərkəzi Asiyanı bölüb: Tacikistan özünü antitalib koalisiyasının lideri rolunda görür, Özbəkistan və Türkmənistan Talibanla münasibətlər qurmağa çalışır. Qazaxıstan və Qırğızıstan da bu prosesdə öz yerlərini axtarır.

Nazarbayev əbəs yerə xəbərdarlıq etməyib: regional təhlükəsizlik sistemi zəifləyib

Və bütün bunlar heç də vakuumda baş vermir: “Taliban” hakimiyyətə gələndən sonra Əfqanıstandan qaçan Əşrəf Qani hökumətinin bir qrup siyasətçisi və məmuru bu günlərdə mühacirət hökuməti yaratdıqlarını elan edib.  Bu hökumətin hərbi qanadı kimi isə Əhməd Məsudun rəhbərlik etdiyi Milli müqavimət Cəbhəsi (MMC) göstərilib.

İki həftə əvvəl isə ABŞ Silahlı qüvvələrinin Mərkəzi komandanlığının (CENTCOM) başçısı general K. Makkenzi Qazaxıstanın müdafiə naziri Bektanovla görüşdə “qazaxları şərq sərhədlərində Əfqanıstan islamçıları tərəfindən gözləyən” təhlükələrə birbaşa eyham vurub. Bu eyhamı hər cür anlamaq olar - ancaq istənilən halda həyəcanlı vəziyyətdir.

Mərkəzi Asiyada otuz il davam etmiş və bölgənin hərbi-siyasi sabitliyinin zəmanətçisi rolunda Rusiyanın olduğuna əsaslanan köhnə təhlükəsizlik sistemi artıq ömrünü başa vurub.  Və təkcə ona görə yox ki, amerikalılar Əfqanıstanı taliblərə təhvil verməklə onu təməldən məhrum edib. Həm də ona görə ki, son onilliklərdə Mərkəzi Asiya respublikalarının heç də həmişə “zəmanətçi” Rusiyanın maraqları ilə üst-üstə düşməyən şəxsi maraqları formalaşıb. Bir də ona görə ki, yeni qüvvələr və oyunçular peyda olub. Söhbət bölgə dövlətlərinə əməkdaşlığın yeni cəlbedici perspektivlərini təklif edən Çin və Türkiyədən gedir.

Makkenzi Bektanova təhlükələrə birbaşa eyham vurub

Bu isə öz növbəsində Mərkəzi Asiyada yeni rəqibləri xoşlamayan və bunun qarşısını almaq üçün imkanlara malik olan kənar oyunçuların fəallaşmasına aparıb çıxarır. Söhbət iqtisadi təzyiqdən başlamış “idarə olunan qeyri-sabitliyin” təşkilinə qədər müqavimətin ən geniş spektrindən gedir.

Nazarbayev öz çıxışında Qazaxıstan ordusunun güclənməsini, ekstremizm və separatizmin qarşısının alınması üçün tədbirləri vurğulayıb.  Əlbəttə, bunlar lazımlı və vacibdir. Ancaq hər şeyin qaynadığı, hərəkətə gəldiyi, sarsıntıların ən gözlənilməz yerdə başlaya biləcəyi bölgədə sabitlik və təhlükəsizlik adacığı qurmaq mümkün deyil. Bunu etmək üçün qonşuların və sistemli kənar oyunçuların birgə səyləri tələb olunur. Elə bu vaxt da əsas problemlər başlayır - qonşular pərakəndədir, kənar oyunçuların maraqları isə köklü şəkildə bir-birinə ziddir.

Mərkəzi Asiyada yeni “Böyük oyun”un başlanması üçün bütün şərtlər yaranıb. Bu oyunun nəğməkarı və təbliğçisi Redyard Kaplinq onun “yalnız hamı öləndə bitəcəyini” yazmışdı. Və Nursultan Nazarbayevin idealda “Böyük oyun 2.0”-ın qarşısını almalı, yaxud heç olmasa onun neqativ nəticələrini minimuma endirməli olan yeni təhlükəsizlik sisteminin qurulması ilə bağlı çağırışı çox vaxtında edilib.

Problem də ondadır ki, bunu kimin edəcəyi, əsasında hansı strateji konsepsiyanın dayanacağı, mümkün iştirakçıların öz ambisiyalarından və qarşılıqlı iddialarından nə dərəcədə imtina etməyə hazır olduqları qətiyyən bəlli deyil. O da bəlli deyil ki, onlar kənar oyunçularla - Çin və ABŞ, Rusiya və Türkiyə ilə razılaşa biləcəklərmi?  Düşünmək və cavab tapmaq üçün vaxt isə azdır./virtualaz.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazarbayev xəbərdarlıq etdi

    Nazarbayev xəbərdarlıq etdi ...

    6-05-2016, 14:34

  • 
  • ​Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev klip çəkdirdi - Video

    ​Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ...

    20-08-2019, 15:30

  • 
  • Nazarbayev Putinə sirri açdı: “Poroşenko bu yaxınlarda...”

    Nazarbayev Putinə sirri açdı: “Poroşenko bu ...

    17-08-2016, 02:08

  • 
  • Nursultan Nazarbayev İlham Əliyevə məktub yazdı

    Nursultan Nazarbayev İlham Əliyevə məktub yazdı ...

    18-02-2020, 16:47

  • 
  • Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

    Prezident İlham Əliyev MDB Dövlət Başçıları ...

    16-10-2015, 12:13


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (112)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu