Qazaxıstan prezidenti Nursultan Nazarbayev ukraynalı həmkarı Pyotr Poroşenko ilə bu yaxınlarda etdiyi telefon zəngindən danışıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Nazarbayev Poroşenkonun güzəştlərə hazır olduğunu deyib.
“Poroşenko bu yaxınlarda mənə zəng etdi. O, deyirdi ki, Donbasa xüsusi status verməyə hazırdır, amma Ali Radada əksəriyyət buna icazə vermir. Həmçinin, düşünürəm ki, o, güzəştləri tapmağa meyllidir, amma nədənsə bu, mümkün olmur”, - Nazarbayev Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşdə bildirib.
Nazarbayev həmçinin qeyd edib ki, Moskva və Ankara arasında münasibətlərin tədricən bərpasını alqışlayır. O, vurğulayıb ki, Rusiyasız beynəlxalq problemləri həll etmək mümkün deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?