"Mixeil Saakaşvilinin Gürcüstanın azadlığı uğrunda mübarizəsini dəstəkləyirəm”.
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ali Radanın deputatı, Mixeil Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko bildirib.
"Ötən cümə günü yayımlanan birgə videoda dolğun şərhlər və qiymətləndirmələr yer alırdı. Biz birlikdəyik, bir-birimizi sevirik, siyasi həmfikirlərik”, - Mixeil Saakaşvili ilə münasibətlərindən bəhs edən Y.Yasko deyib.
Onun sözlərinə görə, Saakaşvilinin həbsi qanunsuzdur: "Bu, hazırki Gürcüstan hökuməti tərəfindən siyasi repressiyadır və ölkənin demokratik institutlarını sarsıdır. Gürcüstan məhkəmələrinin çıxardığı qondarma hökmlər qanunsuzdur. Mixeilin azad edilməsi üçün əlimdən gələni edəcəyəm. Deputat, Ukrayna vətəndaşı və ona yaxın bir insan kimi bunu edəcəyəm".
"Ukrayna bu məsələyə müdaxilə etməli və vətəndaşını qorumalıdır: "Prezident Volodimir Zelenski bu barədə mövqeyini bildirib. Ümid edirəm ki, Ukrayna Xarici İşlər Nazirliyi və Tiflisdə səfirlik də Mixeilə lazımi kömək və müdafiəni təmin etmək üçün zəruri olan hər şeyi edəcək",- deputat əlavə edib.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb və Rustavidəki 12 saylı penitensiar müəssisəyə yerləşdirilib.
Bu hadisədən sonra Ukrayna Ali Radasının "Xalqın xidmətçisi” Partiyasından olan deputatı sosial şəbəkələrdə Mixeil Saakaşvilinin videomüraciətini paylaşıb. Bu müraciətdə Gürcüstanın üçüncü prezidentinin ikinci dəfə evləndiyi məlum olub.
Sorğu
Yeni dizaynımız necədir?