Gundemxeber.az » Dünya » Azərbaycan Qarabağa yük daşıyan, həbs edilən iranlı sürücüləri geri qaytarmayıb
Azərbaycan Gorus-Qafan yolu ilə Qarabağa, Xankəndiyə yük daşıyan iranlı sürücüləri geri qaytarmayıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qurum deyib ki, bəzi kütləvi informasiya vasitələrində "onların öz ölkələrinə qaytarılmaları ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Dövlət Gömrük Komitəsi İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar-in və Norouzı Shahroud Heıdarın-in Ermənistandan Azərbaycanın Xankəndi şəhərinə "malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinin müəyyən edilməsi faktına görə" saxlandığını açıqlayıb. Qurum onlar barəsində sentyabrın 16-da Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində iki maddə ilə cinayət işi açıldığını və istintaq getdiyini qeyd edib. Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücü barəsində "qanunlara uyğun müvafiq tədbirlər görüləcək". Bu barədə Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 15-də bildirib.
Ermənistan mediası sentyabrın 14-də bildirib ki, Azərbaycan polisi Xankəndi/Stepanakert və Yerevana sement daşıyan iki iranlı sürücünü saxlayıb. DİN-in sözçüsü Ehsan Zahidov deyib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar. "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb", cənab Zahidov yerli mediaya bildirib. Bundan əvvəl Azərbaycanla Ermənistan sərhədində, Qoris-Qafan yolunda Azərbaycanın İran nömrəli nəqliyyat vasitələrinə gömrük rüsumu tətbiq etdiyi bildirilirdi. Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirmişdi ki, Azərbaycan polisi sentyabrın 12-dən Qoris-Qafan yolunun Azərbaycanın nəzarəti altında olan Eyvazlı yaşayış məntəqəsində İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. Azərbaycan Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya yoxlamaların aparıldığını təsdiqləyib. O deyib ki, sözügedən yer Azərbaycanın ərazisidir və orada hərəkət edən avtomobillər "müvafiq qaydada yoxlanıla bilər". Dövlət Gömrük Komitəsinin bazar ertəsi yaydığı açıqlamada bildirilir ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri "yol vergisinin vergitutma obyektidir" və hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi "bütün ölkə ərazisi üzrə təmin olunur". Bu hadisədən sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşdüyünü bildirib. Hikmət Hacıyev bazar ertəsi keçirilən görüşdə hər iki tərəfin gündəliyində olan məsələlər üzrə "səmərəli müzakirələr" aparıldığını və gələcəyə doğru yolların "nəzərdən keçirildiyini" bildirib.
"Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdən məmnunam. İkitərəfli əlaqələrimizdə sonuncu hadisələri və və ortaq narahatlıqları və maraq doğuran məsələləri müzakirə etdik," - cənab Musəvi Twitter hesabından yazıb. Bazar günü Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə göndərdiyi məktubda xarici ölkə nəqliyyat vasitələrinin Azərbaycana razılıqsız daxil olmasına "Bakının icazə vermədiyini" xatırladılıb. Azərbaycan MN bildirib ki, bu kimi hallar "üçtərəfli bəyanata zidd" və Azərbaycan qanunlarının "pozulmasıdır".
GUNDEMXEBER.AZ
Paylaşı
G
GUNDEMXEBER.AZmın sonu Twitter, 1
17-05-2018, 16:45
17-11-2018, 17:11
11-03-2020, 13:14
20-12-2016, 20:27
23-08-2013, 14:25
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?