GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ÇİN REJİMİ UYĞUR TÜRKLƏRİNƏ NECƏ DİVAN TUTUR? - Ölkədən qaçan polis məmuru tükürpədici faktlar açıqladı

ÇİN REJİMİ UYĞUR TÜRKLƏRİNƏ NECƏ DİVAN TUTUR? - Ölkədən qaçan polis məmuru tükürpədici faktlar açıqladı

Tarix: 19-10-2021, 13:48 Bölmə :Dünya Baxış: 351

Çində alternativ fikrə və tənqidə yer yoxdur. Tənqidçilər ya həbs olunur, ya “əmək düşərgələrinə” göndərilir, ya da ölkəni tərk etmək məcburiyyətində qalırlar.


Çində koronavirusa ilk yoluxanlar qeydə alınanda Pekin əvvəlcə bu xəstəliyi və fəsadlarını gizlətməyə çalışdı. Ancaq xəstəliyin miqyası artıqca, Pekin bu haqda xəbəri beynəlxalq aləmə yaymaq məcburiyyətində qaldı. Ancaq artıq zaman əldən verilmişdi. Çünki, səhiyyə üzrə ekspertlərin bir qismi ində də o fikirdədir ki, Pekin xəstəlik və onun miqyası barədə məlumatları zamanında beynəlxalq aləmlə bölüşsəydi, koronavirusun dünyaya yayılmasının qarşısını almaq olardı.

Misal üçün Çindən sonra virus İran və İtaliyada sürətlə yayıldı. Bu necə baş verdi? 

İranın Qum şəhərində yaşayan işadamı Çindən qayıtdıqda virusa yoluxmasından xəbərsiz idi. O bu virusu bilmədən əvvəlcə yaşadığı şəhərə sonra isə bütöv ölkəyə yaydı. Elə Cənubi Qafqaz ölkələrində virusun böyük hissəsi İrandan yayıldı. İranda virusa yoluxanların və ölənlərin sayı hələ də azalmır.

İtaliyada da oxşar vəziyyət yarandı. İtaliyanın bir sıra tikiş fabriklərində çinlilər çalışırdı. Onların bir qismi Çindən tətildən qayıtdıqda virusla İtaliyaya daxil oldular və virus bir anda İtaliyanı bürüdü, oradan da Avropaya yayıldı. İtaliyada ilk aylarda hər gün ölənlərin sayı yüzlərlə idi. Yəni əgər Çin xəstəliyin təhlükəsi və miqyası barədə əvvəlcədən məlumat versəydi, nə iranlı işadamı Çinə gedər və virusu İrana yayar, nə də İtaliya çinli işçiləri ölkəyə girişinə icazə verərdi.

Pekinin uyğur siyasəti də eynidir. Çinin hakimiyyət strukturları uyğurlar problemləri olmadığını iddia edir. Ancaq soruşanda ki, “bəs onda uyğurlar niyə zorla əmək düşərgələrində saxlanılır” sualını verdikdə cavab eynidir: “Uyğurlar özləri əmək düşərgələrində çalışmaq istəyirlər”. 

Heç bir insan zorla düşərgədə, özü də pulsuz çalışmaq istəməz. Bunun yalan olduğunu hamı bilir. Buna baxmayaraq, Pekin “əmək düşərgələri” siyasətindən imtina etmir. Vəziyyət o dərəcə dözülməz həddə çatıb ki, hətta uyğurlara əziyyət verənlərin bir qismi də daxilən əzab çəkməyə başlayıblar.

 

 

Çin polisinin yüksək rütbəli zabiti Avropa ölkələrindən birində sığınacaq taparaq “əmək düşərgələrində” əsl vəziyyət barədə dünyaya çar çəkib. ABŞ-ın məşhur CNN televiziya kanalı həmin zabitdən müsahibə alıb. Zabit deyib ki, Çinin hakimiyyət strukturları məlumat toplamaq məqsədilə həbsdə olan uyğurlara işgəncə verirlər: “ Uyğurlara qarşı işgəncədə elektirkdən istifadə edirlər, qrup şəklində bir-birlərini zorlamaya məcbur edirlər. Bizə əmr verilirdi ki, uyğurları bir-birinə bağlayaraq onların bədənlərindən elektrik keçirək. Bundan başqa uyğurları ayaqlarından asırdıq, başlarını suya salırdıq, dəmir zəncirlərlə döyürdük. Bunun nəticəsində uyğurlar ərzaq qəbul edə bilmir, yuxu hisslərini itirirdilər”.

Uyğurlara verilən işgəncə barədə keçmiş illərdə də məlumatlar var idi. Ancaq bu dəfə faktları işgəncəni bilavasitə həyata keçirən zabit açıqlayıb. Çinin hakimiyyət strukturları əllərində onu bayraq ediblər ki, uyğurlar içərisində radikallar var və onlara terror meyllidirlər. Əlbəttə, uyğurlar içərisində terrora meyllilər var, ancaq onlar böyük bir xalqı təmsil etmirlər. “Əmək düşərgələrində” çürüdülənlərin terrorçularla əlaqəsi yoxdur, onların günahı sadəcə uyğur olmalarında və haqlarını tələb etmələrindədir.


“Atlas” Araşdırmalar Mərkəzi

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Çindən yayılan və dünyanı qorxuya salan epidemiya - "2019-nCOV" virusu haqqında dəhşətli FAKTLAR

    Çindən yayılan və dünyanı qorxuya salan epidemiya ...

    23-01-2020, 15:41

  • 
  • Çində koronavirusdan ölənlərin sayı 17-yə çatdı, sürətlə dünyaya yayılır

    Çində koronavirusdan ölənlərin sayı 17-yə çatdı, ...

    23-01-2020, 11:00

  • 
  • Çində koronavirusdan ölənlərin sayı 2 mini ötdü

    Çində koronavirusdan ölənlərin sayı 2 mini ötdü ...

    19-02-2020, 11:58

  • 
  • Çində koronavirusdan ölənlərin sayı üç minə yaxınlaşır

    Çində koronavirusdan ölənlərin sayı üç minə ...

    4-03-2020, 13:39

  • 
  • Ermənistanda ilk koronavirus halı qeydə alınıb, Avstraliya, Tailand ilk ölüm hallarını təsdiq edib

    Ermənistanda ilk koronavirus halı qeydə alınıb, ...

    2-03-2020, 10:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (327)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu