Azərbaycanın Gəncə şəhərində anadan olan erməni Karlen Petrosyan Rusiyanın ilhaq etdiyi Krımda "nazir" təyin edilib.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Krımın başçısı Sergey Aksyonov fərman imzalayıb. Krımın inşaat və memarlıq naziri təyin edilən Petrosyan bundan əvvəl nazir müavini vəzifəsində işləyib. Qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır.
Sorğu
Yeni dizaynımız necədir?