Rəysorğuları göstərirki, Amerikaprezidentininreytinqisonvaxtlardakəskin şəkildə aşağı düşübvə bu, iqtisadivəziyyətinpisləşməsiilə bağlıdır.
Gundemxeber.az bu barədə CNN-ə istinadla xəbər verir. Bununlabelə, CNN-injurnalistininqeydetdiyikimi, bundamüsbətsiqnaldavar: amerikalılariqtisadiyyatı yenidən önplana çəkməyə başlayıblarvə bu, ölkəninnormalvəziyyətə qayıtması deməkdir.
“ABŞ prezidentiCoBaydeninpopulyarlığı indiənaşağı səviyyədədir”, -deyə CNN-insaytındayazılır. Gellap İnstitutununsonsorğularınaəsasənonunreytinqi 42%, KvinnipekUniversitetininmütəxəssislərininhüsablamalarınagörə isə 37% təşkil edir.
Bugöstəricilərinbir çoxsəbəbivar:hökumətinpandemiyailə necə mübarizə apardığınainamınazalması, eləcə də qoşunların Əfqanıstandan çıxarılmasındandoğan narazılıq. Bununlabelə, məqalə müəllifiqeydedirki, əsassəbəblərdənbiriamerikalılarınfikrincə, Baydeninölkədəkiböyükiqtisadiproblemlərinhəlliilə tamməşğulolmamasıdır.
Baydeninreytinqionuniqtisadisiyasətininbəyənilmə səviyyəsiilə geniş şəkildə əlaqələlidir. Əgəryayınəvvəlində hərikigöstərici 50% civarındaidisə, indi 40%-ə düşüb. Bu, biriləvvəlTrampınhələ hakimiyyətdə olduğudövrdə iqtisadibaxımdan özünü dahapishissedənamerikalı istehlakçılarınhissləriilə bağlıdır.
Məqalə müəllifihazırdaamerikalıları narahatedənəsasmənbələritəhliledib. “FoxNews”-unsorğusunaəsasən, respondentlərin 53%-iinflyasiyavə yüksəkqiymətlərdənsondərəcə narahatolduqlarını bildiriblər. Eyni zamanda, başqa heç bir problem 50%-dən çox səs toplaya bilməyib. Amerikalıların 60%-i Baydenin inflyasiya ilə bağlı kifayət qədər məşğul olmadığı ilə razıdı. Bu da respondentləri narahat edən digər mənbələrlə müqayisədə rekord göstəricidir.
Respondentlərin yalnız 37%-i Bayden komandasının onları narahat edən problemlərlə tam məşğul olduğunu qeyd edib. Müəllif vəziyyəti belə təhlil edir: Baydenin planları əsasən infrastrukturaya aiddir, lakin seçicilərin yalnız 27%-i infrastrukturu onları narahat edən məsələ adlandırıb. İqlimlə bağlı vəziyyət də eynidir. Demokratlar konqresdə iqlim dəyişikliyi ilə mübarizə planını həyata keçirməyə çalışırlar, lakin sorğuda iştirak edənlərin yalnız 35%-i bu məsələnin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Qarşıda Virciniya ştatına qubernator seçkiləri gəlir və Baydenin nüfuzu bu posta demokrat namizədin reytinqinə təsir edə bilər.
Amma eyni zamanda məqalə müəllifi qeyd edir ki, iqtisadiyyatın amerikalılar üçün həm milli, həm də yerli səviyyədə bu qədər vacib olması normaldır. Yalnız son beş ildə Tramp administrasiyasının fəaliyyəti və pandemiya səbəbindən iqtisadiyyat ikinci plana keçmişdi. İndi, Bayden administrasiyasının 9 aylıq fəaliyyətindən sonra, sorğu göstəriciləri siyasətin yenidən normal yola qayıtmasını sübut edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?