Gundemxeber.az » Dünya » İranda zəlzələ zamanı 70 nəfər xəsarət alıb, ölən var - Yenilənib
İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.
Bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar bildirib.
“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, - o deyib.
Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər həlak olub.
Məlumata görə, 6,3 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.
14.11.2021
İranda baş verən zəlzələ zamanı azı 8 nəfər xəsarət alıb.
Bu barədə “Mehr” agentliyi xəbər verib.
Qeyd edilir ki, təbii hadisə zamanı azı 1 nəfər həlak olub. Yeraltı təkanılar bir neçə şəhərdə hiss olunub.
"Haber Global" isə zəlzələ zamanı 2 nəfərin həlak olduğunu, 17 nəfərin xəsarət aldığını xəbər verib.
Məlumata görə, 6,1 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red) yeraltı zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
***
İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.
Episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan zəlzələ yerli vaxtla saat 15:37-də qeydə alınıb.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Yerli mətbuatda yer alan xəbərə görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.
Eyni bölgədə baş verən 6,4 bal gücündə zəlzələdən 1 dəqiqə sonra baş verən zəlzələdən ətraf əyalətlərin də zərər çəkdiyi bildirilib.
***
İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur./report.az
3-04-2018, 18:42
26-11-2018, 09:57
8-05-2018, 12:24
23-07-2018, 10:25
2-11-2020, 08:57
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?