Yelisey sarayında xidmət edən bir hərbçi qadının eyni sarayda xidmət edən başqa bir hərbçi tərəfindən zorlandığı bildirilib.
Hadisə üzə çıxandan sonra məhkəməyə müraciət olunub.
Hərbçi qadın iyulun 1-də polisə müraciət edib. Zorlandığını iddia edən hərbçi ərizəsində hadisənin sarayın bir otağında baş verdiyini bildirib. O, iyulun 12-də məsələ ilə bağlı dindirilib, amma qarşı tərəfin hələ də təqsirli bilinmədiyi deyilib.
Sözügedən otaqda məxfi sənəd və faylların olması səbəbindən təhlükəsizlik tədbirləri görülüb və iyulun 12-də araşdırma başlanıb. İstintaqı aparan hakim zorlamada təqsirləndirilən şəxsi şahid kimi qeydə alıb.
Keçən həftə Fransa Prezidenti Emmanuel Makronun keçmiş cangüdəni və təhlükəsizlik müşaviri Aleksandr Benalla 2018-ci ildə Parisdə keçirilən etirazlar zamanı nümayişçilərə hücum etdiyinə görə 3 il həbs cəzasına məhkum edilib. Benalla elektron qandallarla 1 il ev dustağı olacaq./Teleqraf.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?