“Gürcüstanda vəziyyət gərgin olaraq qalmaqdadır. Həbsxananın tibb məntəqəsində Saakaşvili huşunu itirdikdən sonra qarşıdurmanın dərəcəsi daha da artıb”.
Gündəmxəbər.az bildirir ki, bu sözləri Gürcüstandakı vəziyyətlə bağlı Bizim.Media sualına özəl cavab verən gürcü politoloq Gia Xuxaşvili açıqlayıb.
Onun sözlərinə görə dünənki özündəngetmədən sonra Mixeili reanimasiyaya yerləşdiriblər. Hökumət indi iki od arasındadır:
“Bir tərəfdən Saakaşvilinin normal xəstəxanaya köçürülməsi hakimiyyətin məğlubiyyəti sayıla bilər. Digər yandan mülki klinikaya köçürülməsə, Saakaşvilinin həyat və sağlamlıq riski var”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?