İrəvanda etirazçılar Hökumət binası yaxınlığına toplaşıblar.
Bu gün səhər saatlarından başlayaraq davam edən etirazlarda İrəvanın bir sıra prospektlərində hərəkət iflic vəziyyətə düşüb. Aksiyaçılar 17:00-da Respublika meydanında hökumətdən dekabrın 15-də imzalanacaq sənədin məzmununu dərc etməsi tələbi ilə böyük etiraz aksiyası keçiriləcəyini bildiriblər. ***10:46 İrəvanda səhər tezdən başlayan etiraz aksiyasında 18 nəfər saxlanılıb. Əaziyə polis qüvvələri cəlb olunub. Etirazçılarla polislər arasında qarşıdurma yaranıb. Bu zaman 18 nəfər polis tərəfindən saxlanılıb. Ərazidə etiraz aksiyası davam edir. ***10:24 Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyaları keçirilir. Etiraz aksiyaları nəticəsində bir sıra küçə və yollar bağlanıb, bəzi yerlərdə nəqliyyatın hərəkəti iflic olub. Bildirilib ki, hazırda dinc şəkildə keçirilən aksiya bu gün saat 17:00-da mitinqə çevriləcək. Etirazçılar demarkasiya və delimitasiya sənədinin imzalanmasına mane olmaq, bundan başqa, Azərbaycanla hansı danışıqların aparılması ilə bağlı açıq-aşkar açıqlama verilməsini tələb edirlər. Müxalifət etirazçılar arasında saxlanılanların olduğunu istisna etmir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?