"Tamamilə aydındır ki, İran öz raket və müdafiə imkanları ilə bağlı heç vaxt danışıqlar aparmayacaq, çünki bu məsələlər ölkənin milli təhlükəsizliyi ilə bağlıdır".
Bu barədə İran İslam Respublikasının Sanksiyaların ləğvi prosesində baş müzakirəçisi Əli Baqeri vurğulayıb. "Hazırda danışıqların mövzusu İranla deyil, Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Çünki İran xalqına qarşı bir çox sanksiyaları yenidən tətbiq edən amerikalılardır. Nüvə sahəsində gördüyümüz tədbirlər qarşılıqlı və kompensasiya xarakterli tədbirlərdir. Baqiri İranın hazırkı danışıqlara çox ciddi yanaşdığını və İran nümayəndə heyətinin ciddi danışıqlar aparmaq üçün Vyanaya gəldiyini bir daha vurğulayıb. Middle East Eye qəzeti həmçinin Baqeriyə istinadla yazıb ki, İran regional fəaliyyətləri ilə bağlı ABŞ-la danışıqlara getmək istəmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?