İranın ali dini rəhbəri Ayətullah Xameneyi İranın Birləşmiş Ştatlarla danışıqlara qoyulmuş qadağanı aradan qaldırmayacağını deyib. Tehranda bazar günü ABŞ səfirliyinin ələ keçirilməsinin 40-cı ildönümü ərəfəsində danışan Xameneyi iki ölkəni barışmaz düşmən kimi təsvir edib.
“Amerikanın siyasi müdaxiləsini əngəlləməyin bir yolu Amerika ilə hər hansı danışıqları qadağan etməkdir. Bu, o deməkdir ki, İran Amerikanın təzyiqi qarşısında güzəştə getməyək”, dövlət televiziyası Xameneyinin sözlərinə istinadən bildirib.
“Düşmənlə danışıqların bizim problemlərimizi həll edəcəyinə inananlar 100 faiz səhv edir” -deyə, Xameneyi bildirib.
ABŞ prezidenti Donald Trampın 2015-ci ildə İran və dünya qüdrətləri arasında Tehranın nüvə proqramını məhdudlaşdırıması müqabilində sanksiyaların aradan qaldırılmasına dair imzaladığı nüvə sazişindən çıxmasından sonra keçən bir il ərzində iki ölkə arasında münasibətlərdə böhranlı dövr yaranıb.
Vaşinqton İranı daha geniş razılığın müzakirə edilməsinə məcbur etməyə çalışdığını bildirərək, İrandan bütün neft ixracatının dayandırılması məqsədi güdən sanksiyalar tətbiq edib. Xameneyi İran rəsmilərinin Birləşmiş Ştatlar nüvə sazişinə qayıtmayana və sanksiyları ləğv etməyənə qədər danışıqlar aparmasını qadağan edib.
İranda 1979-cu ildə İslam İnqilabından az sonra Amerika Birləşmiş Ştatlarının səfiriyinin ələ keçirilməsi ölkədə hər il “Amerikaya ölüm” şüarlarının səsləndiridiyi böyük nümayişlərin keçirilməsi ilə qeyd edilir.
Birləşmiş Ştatları hakimiyyətdən devrilmiş İran şahının qəddar siyasətini dəstəkləməkdə ittiham edən İran 52 amerikalını 444 gün Amerika səfirliyində girov saxlamışdı.
Amerika səfirliyinin ələ keçirilməsi iki ölkə arasında düşmənçiliyin möhkəmlənməsi üçün zəmin yaratmış və Yaxın Şərq regionunun geo-siyasətinin mərkəzi faktorlarından birinə və İranın milli ideologiysının mühüm bir hissəsinə çevrilmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?