GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Brüssel görüşünün keçirilməsi belə sual altına düşə bilər... - GƏLİŞMƏ

Brüssel görüşünün keçirilməsi belə sual altına düşə bilər... - GƏLİŞMƏ

Tarix: 8-12-2021, 10:35 Bölmə :Dünya Baxış: 237


Brüsseldə olacaq 15 dekabr görüşü ərəfəsi İrəvandakı revanşist qüvvələr vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Bunun üçün atəşkəsin pozulması və hərbi təxribatlardan istifadə edirlər.

Məlumdur ki, Ermənistan parlamentinin deputatlarının qanunsuz olaraq Xankəndinə səfəri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Stokholmdakı görüşünün baş tutmaması ilə nəticələndi. Azərbaycan bu təxribatçı hərəkətə görə görüş qərarından vaz keçdi. Qanunsuz səfər heyətinə erməni deputatlar Sisak Qabrielyan, deputatlar Taqui Kazaryan, Lilit Qalstyan, Asmik Akopyan, Narek Babayan, Elinar Vardanyan, Akop Aslanyan, Knyaz Həsənov və ekspertlər daxildir. Məlumat üçün deyək ki, Knyaz Həsənov Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasından olan yezidi kürd deputatdır. O, çıxışlarında həmişə bildirib ki, erməni və kürd xalqlarının ortaq düşməni Türkiyədir. İndi onun da Xankəndində peyda olması təəccüblü deyil.

Bəs Brüssel görüşü ərəfəsi gərginlik Paşinyan hökumətinin və ya revanşist qüvvələrin nəyinə gərəkdir? Xankəndinə qanunsuz səfərdə məqsəd nədir? Nəhayət, bu səfərə görə Rusiya sülhməramlılarının məsuliyyəti nədir, onların qanunsuz səfərinin qarşısını almaq olardımı?

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, bir həftə sonra Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi nəzərdə tutulub. Lakin bu görüş keçirilməyə də bilər: “Bir neçə gün öncə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan xarici işlər naziri Ermənistan xarici işlər naziri ilə görüşdən imtina etdi. Yəni artıq Ermənistanın təxribatlarına Azərbaycan tərəfi bu cür də cavab vermək təcrübəsinə malik oldu. Bu isə o deməkdir ki, Ermənistanın yeni təxribatları olacaqsa, həmin təxribat növbəti görüşlərə də öz təsirini göstərə bilər. Xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgəyə Ermənistan parlamentinin bir qrup üzvü səfər edirsə, belə bir vəziyyətdə Azərbaycanla Ermənistan arasında diplomatik-siyasi müstəvidə görüşlərin heç bir əhəmiyyəti qalmır. Stokholmda nazirlərin görüşünün baş tutmamasının əsas səbəbkarı Ermənistanın təxribatı oldu. Azərbaycan bu təxribata nazirlərin görüşündən imtina etməklə cavab verdi, bununla öz siyasi iradəsini göstərdi, eyni zamanda ATƏT-in Minsk Qrupuna nümayiş etdirdi ki, görüşlər nəticəyönümlü substantiv mahiyyət daşımalıdır. Dediyim odur ki, artıq yaşanan bu hadisə Brüssel görüşünün də baş tutmasının hər an sual altına düşə biləcəyi ehtimalını gücləndirir”. Ekspert daha bir detalın nəzərə alınmasının vacibliyini dedi: “Nəzərə alaq ki, bu görüş Rusiyanın vasitəçiliyindən kənarda Avropa İttifaqı meydançasında keçiriləcək və Brüssel Avropanın siyasi paytaxtı sayılır. Brüssel görüşü öncəsi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritələrinin verilməsi onu göstərdi ki, Rusiya tərəfi Avropa İttifaqı meydançasında keçiriləcək görüşün əhəmiyyətini bir qədər də azaltdı. Avropa İttifaqının təşkil etdiyi görüş humanitar məqsədli qərarın-əsirlərin qarşılığında mina xəritələrinin verilməsi barədə qərarın qəbulu ilə nəticələnəcəkdisə, artıq Brüsselin əlindən bu da alınmış oldu. Nəzərə alın ki, xarici işlər nazirlərinin də görüşü Avropa İttifaqına üzv dövlətin paytaxtında keçiriləcəkdir və Ermənistanın təxribatı bu görüşün reallaşmasına imkan vermədi.

Putinin 15 dekabrda keçiriləməsi planlaşdırılan görüş barədə Şarl Mişellə danışdığını bəyan etməsi onu göstərdi ki, Rusiya tərəfi Brüssel görüşünü ciddi nəzarətdə saxlayır, bu görüş Kremlin diqqət mərkəzindədir. Ermənistanda isə revanşist qüvvələr Brüssel görüşü öncəsi bu görüşü sabotaj etməyə çalışırlar. Revanşist qüvvələr vəziyyəti daha da gərginləşdirmək yollarını araşdırırlar. Paşinyanın özü isə Brüssel görüşündə iştirakda maraqlı görünür. Çünki Paşinyan Brüsseldə öz xeyrinə olan məsələlərə nail olmağa ümid edir. Ancaq onun ümidi boşunadır və hətta dediyimiz kimi, Ermənistan tərəfdən hər hansı təxribat olacaqsa, Brüssel görüşünün keçirilməsi belə sual altına düşə bilər".

Politoloq qeyd etdi ki, Ermənistan əslində monoetnik dövlətdir və dünyada belə bir mənfi imici də yaranıb. Ermənistanda çox cüzi sayda yaşayan qeyri-müsəlman yezidi kürdlərdən başqa demək olar ki, milli azlıq yaşamır. Ermənistan monoetnik dövlət imicinin guya aradan qalxması məqsədilə həmin etnikin təmsilçisini parlamentə daxil edib. İndi də ermənilərlə həmin etnikin eyni mövqedə olduğu mənzərəsini yaratmaq məqsədilə Knyaz Həsənovu da erməni deputatlarla birlikdə Xankəndinə göndəriblər: “Şübhəsiz ki, həm Knyaz Həsənovun, həm də digər Ermənistan deputatlarının Azərbaycan ərazisinə daxil olmasının qarşısını Rusiya sülhməramlıları almalı idi. Sülhəramlıların bunu etməməsi Ermənistanın təxribatına faktiki ”yaşıl işıq" yandırmaqdır".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan parlamentinin sədri sabah Xankəndinə gəlir

    Ermənistan parlamentinin sədri sabah Xankəndinə ...

    27-09-2018, 20:37

  • 
  • Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı məlum olub

    Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ...

    9-07-2018, 11:34

  • 
  • ​Erməni deputatlar Bakıda SƏFƏRDƏDİR

    ​Erməni deputatlar Bakıda SƏFƏRDƏDİR ...

    21-09-2017, 22:43

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

    Azərbaycan və Ermənistan xarici işlər ...

    12-07-2017, 11:00

  • 
  • Yerevan XİN rəhbərlərinin görüşünün anonsunu verdi

    Yerevan XİN rəhbərlərinin görüşünün anonsunu verdi ...

    11-09-2018, 16:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu