Sabiq baş nazir Yulia Tymoshenko-nun Almaniyada müalicəsinin qanuni yollarını müəyyələşdirmək üçün Ukrayna parlamentinə bir həftə vaxt verilib.
Parlament sədrinin müavini Ruslan Koshulinsky-nin sözlərinə görə, Avropa Birliyi ilə Assosiativ Razılaşmanı imzalamaqdan ötrü Ukrayna noyabrın 13-dək keçmiş baş nazirin xaricdə müalicəsinin qanuni yolunu tapmalıdır.
Deputatlar cinayət məsuliyyətinə cəlb olunan şəxslərin xaricdə müalicəsinə yol açan qanunu dartışırlar.
Sabiq baş nazir Tymoshenko vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 il müddətinə həbs edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?