Rusiya bir neçə həftədir Belarusa əsgəri qüvvə və hərbi texnika göndərir. Kreml cümə axşamı günü hərbi təlimlər çərçivəsində qonşu NATO ölkələrinə “hücuma başlamaq” əmri verəcək.
Rusiyanın qonşuları Moskvanın soyuq müharibə dövründən sonra keçirdiyi ən böyük hərbi təlimlər olan Zapad 2017 kimi tanınan manevrləri Rusiyanın qorxutma siyasətinə nümunə kimi dəyərləndirir və eyni zamanda buna Kremlin ənənəvi müttəfiqi olan Belarusun cilovunu yığmaq və Baltikyanı ölkələr, eləcə də Polşa və Ukraynaya güc nümayiş etdirməsi kimi baxır. “Zapad” rus dilində “Qərb” deməkdir.
Hərbi təlimlər zamanı Rusiya hərbi qüvvələrinin “işğal edəcəyi iki ölkə” çox cəhətinə görə Polşa və Litvaya bənzəyir. Lakin Moskva Rusiya və Belarus hərbi qüvvələrinin müdafiə ssenarisini məşq etdiklərini bildirir. Rusiya həmçinin hərbi təlimlərin terror hədələrinə praktiki cavab mahiyyəti daşıdığını iddia edir.
Soldan Portuqaliyanın müdafiə naziri Xose Alberto Azeredo Lopes, Sloveniyanın müdafiə naziri Andreya Katiç, NATO-nun baş katibi Yens Stoltenberg and Almaniyanın müdafiə naziri Ursula von der Leyen Avropa İttifaqının müdafiə nazirlərinin görüşündə Soldan Portuqaliyanın müdafiə naziri Xose Alberto Azeredo Lopes, Sloveniyanın müdafiə naziri Andreya Katiç, NATO-nun baş katibi Yens Stoltenberg and Almaniyanın müdafiə naziri Ursula von der Leyen Avropa İttifaqının müdafiə nazirlərinin görüşündə NATO rəsmilərinin bildirdiyinə görə hərbi təlimlərdən Qərb müttəfiqlərinin şərq sərhədlərinə hərbi qüvvə və texnikanın cəmləşdirilməsi üçün istifadə edilə bilər. Belarusda qalacaq bu texnika və hərbi birləşmələrdən gələcəkdə çevik əməliyyatlarda istifadə oluna bilər.
Keçən həftə Almaniyanın müdafiə naziri Ursula von de Leyen Tallində Avropa müdafiə nazirlərinin görüşündə müxbirlərə deyib: “Biz rusların qabiliyyəti və gücünü nümayiş etdirdiyini görürük. Buna şübhə edən hər bir kəs Zapad təlimlərində iştirak edən qüvvələrin sayına baxsın: 100 mindən artıqdır.”
Rusiya hərbi qüvvələrinin rəsmiləri hərbi təlimlərin başqa nəyinsə maskalanması üçün vasitə olduğuna dair fikirləri rədd edərək, Qərbin Rusiyanın 100 min nəfərlik əsgəri qüvvəsinin iştirakı haqda iddialarını əsassız adlandırıb. Rəsmilər bir həftə davam edəcək Zapad 2017 hərbi təlimlərində yalnız 13 min nəfərdən ibarət əsgəri qüvvənin iştirak edəcəyini bildirib.
Bununla belə Moskvanın hərbi manevrlərinin gərginliyin artmasına xidmət edəcəyi və Rusiyanın qonşularının dərin narahatlığına səbəb olacağı şübhə doğurmur.
Zapad 2017 hərbi təlimləri ilə bağlı şübhələrin bir hissəsi Kremlin bundan əvvəl bu kimi manevrlərdən sonradan hərbi əməliyyatlar üçün hazırlıq kimi istifadə etməsilə bağlıdır. Bəzi ekspertlərin fikrincə, 2009-cu ildəki hərbi təlimlər qonşu Gürcüstanda hərbi əməliyyatların keçirilməsinə xidmət edib, 2014-cü ildəki təlimlər isə 2014-cü ildə Krımın işğalı və 2015-ci ildə Ukraynanın şərqində Donbas bölgəsində hərbi müdaxiləyə hazırlıq xarakteri daşıyıb./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?