GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ Konqresində “artsax”a dəstək müzakirəsi - Bakıya qarşı hörmətsizlik

ABŞ Konqresində “artsax”a dəstək müzakirəsi - Bakıya qarşı hörmətsizlik

Tarix: 17-12-2021, 11:11 Bölmə :Dünya Baxış: 468

Ermənipərəst konqresmenlər qondarma rejim üçün “minaların təmizlənməsinə görə” maliyyə ayrılmasını gündəmə gətiriblər; siyasi partiyalardan etirazlar

Ermənipərəst konqresmenlər ABŞ Konqresinin 2022-ci maliyyə ili üçün qanun layihəsinə Qarabağdakı qondarma “artsax”da minaların təmizlənməsinə görə" yardımın daxil edilməsinin salınmasını gündəmə gətiriblər. “Yeni Müsavat” xəbər verir ki, sözügedən məsələni 34 konqresmen dəstəkləyib.
Ermənipərəst konqresmen Anna Eşu bəyan edib ki, 2020-ci ildə Azərbaycan və Türkiyə Ermənistana qarşı əsassız müharibəyə başlayıb. Bu müharibə 6000-dən çox insanın həyatına son qoyub və ən azı 90 000 etnik erməninin didərgin düşməsinə səbəb olub. Eşu onu da vurğulayıb ki, bölgədə minlərlə partlamamış hərbi sursat qalıb və evə qayıtmaq istəyən ailələr üçün ölümcül təhlükə yaradır.
Anna Eshoo - Wikipedia
Anna Eşu 
ABŞ Konqresində heç bir dövlətin tanımadığı, Azərbaycanın suveren ərazisində hansısa qondarma quruma maliyyə dəstəyi ayrılması ilə bağlı məsələnin müzakirəyə çıxarılması Bakıya qarşı demarş da hesab oluna bilər. Azərbaycanın razılığı olmadan belə birtərəfli addım atmaq beynəlxalq hüquqa da ziddir.
Üstəlik, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi müharibə az qala işğal kimi qələmə verilir ki, bu da qələbəmizi tanıyan ölkələrə də bir mesajdır. Daha bir məqam, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər orada on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən bəri isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında “artsax”a maliyyə dəstəyi ayırmaq “cidanı çuvalda gizlətmək cəhdidir”. Aydındır ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi məqsədilə ayrılır. O da aydındır ki, qondarma rejimə dəstəklə birbaşa separatizmə qahmar çıxmış olurlar. Bu da ABŞ dövlət siyasətinə tam zidd təşəbbüslərdir. Əlbəttə, ermənipərəst konqresmenlər kifayət qədərdir və onlar zaman-zaman bu cür təkliflərlə, qətnamələrlə çıxış ediblər. Lakin Qarabağdakı separatçı rejimin müstəqilliyini heç Ermənistan belə tanımadığı halda Konqresin gündəminə “artsax”a maliyyə ayırmağı gündəmə gətirmək absurddur. Üstəlik, Ermənistan tərəfi bizə minaların xəritələrini təqdim edir, yəni o deməkdir ki, azad etdiyimiz ərazilərdə ermənilər minalar basdırıblar, amma Konqresdə oturan bəziləri isə Xankəndində oturanların dərdini çəkir. Elə bugünlərdə sülhməramlılar da Ağdərə ərazisində minaların təmizlənməsi işində ermənilərə dəstək vermişdi. Belə məlum olur ki, hətta özlərinin yaşadıqları yerləri də minalayıblar.
Elman Nəsirov: “Erməni əsgəri daha əyilə-əyilə gəzmir, indi iməkləyir” »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Elman Nəsirov
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bu məsələyə sərt reaksiya verdi. E.Nəsirovun sözlərinə görə, ABŞ Konqresində Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və 220-dən çox üzvü var. Deputat qeyd etdi ki, onlar hər il qondarma rejimə əlahiddə maliyyə yardımı ayırıblar: “Həm Ermənistana, həm separatçı rejimə pul dəstəyi olub. Azərbaycan tərəfi həmişə məsələni qaldırıb, etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımdır. Üstəlik, nəzərə alsaq ki, Amerika həmsədr ölkədir, o zaman bu davranış qətiyyən qəbuledilməzdir”.
Deputat bildirdi ki, qondarma 2020-ci il sentyabrın 27-dək fəaliyyət göstərirdi: “10 noyabrda Ermənistan kapitulyasiyaya imza atdı və belə olan halda orada indi separatçıların tör-töküntüləri fəaliyyət göstərməkdədir. Əslində 10 noyabr sənədinə  əsasən separatçı rejimin olan-qalan tör-töküntüləri ərazini tərk etməlidirlər, təəssüf ki, bu bəndi icra etmirlər. Hazırda Qarabağ və Şərqi Zəngəzur var və ABŞ Konqresi qondarma rejimə yardım ayırarsa, o zaman separatizmin dəstəklənməsi anlamına gələcək. Bunu kim edir? Həmsədr ölkənin Konqresi... Amerikalılar özləri buna nonsens deyərdilər. ABŞ rəsmiləri düşünsünlər ki, belə addımlara Azərbaycan ictimaiyyəti necə reaksiya verəcək?”
Deputatın fikrincə, bütün bunlar Minsk Qrupunun buraxılmasını tamamilə həyati tələbata çevirir: “Bu cür riyakar hərəkətlərin adı yoxdur. Müharibə bitdikdən, tənzimləmə prosesi getdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Vətən müharibəsinə qədər onların davranışlarını ermənipərəst mövqe adlandırmaq olardı, indisə münaqişə bitib, Amerika zəhmət çəksin, sərhədlərin dəqiqləşdirilməsi işinə, iki ölkə arasında nəqliyyat-kommunikasiyaların bərpası məsələsinə dəstək versin, daha separatizmə yox...”
Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi
Tural Abbaslı 
Müxalifətdə olan AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, həmsədr ölkələr bu məsələnin yekun həllini istəmirlər. Partiya liderinin sözlərinə görə, hər üç ölkə süni şəkildə yaradılmış konfliktin uzanmasına çalışır: “Konqresdə bu qəbildən təkliflərin səslənməsi də separatizmin mövcudluğunu, ömrünü uzatmağa hesablanmış siyasətdir. Bu da ABŞ-Azərbaycan əlaqələrinə xələl gətirən təşəbbüslərdir. Vaşinqton artıq seçim etməlidir - ”artsax"ın, yoxsa Bakının yanındadır..."
T.Abbaslının fikrincə, Azərbaycan nəzəri olaraq terrorçu PKK-ya, yaxud İŞİD-ə dəstək üçün maliyyə ayırsa, Amerika bu addımı kəskin şəkildə pisləyəcək: “O zaman terrorçu yuvasına çevrilən həmin ərazilərdə qalan ”artsax"a hansı məntiqlə minaların təmizlənməsi üçün maliyyə ayrılmasının gündəliyə salınması təklifi səsləndirilir? Əgər ABŞ minaların təmizlənməsinə görə dəstək vermək istəyirsə, Azərbaycana maliyyə ayırsın və biz də bu addımı alqışlayaq. Ümumiyyətlə, Bakı qondarma rejimlə bağlı sərt tələblər qoymalıdır və həmsədr ölkələr qarşısında məsələ qaldırmalıdır. Çünki həddi aşan, separatizmi himayə edən hərəkətlərə yol verilir. Bizim Xarici İşlər Nazirliyinin də məsələyə reaksiyasını gözləyirik. Artıq Qarabağın dağlıq ərazisində olan terrorçuların oradan təmizlənməsi üçün konkret addımlar atılması istənilməlidir. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətləri var, müxtəlif sahələrdə, o cümlədən hərbi müstəvidə əməkdaşlıq edilir və bu halda Konqresdə separatçılara dəstək çağırışları yolverilməzdir".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənipərəst konqresmen həbs edildi

    Ermənipərəst konqresmen həbs edildi ...

    29-04-2014, 10:12

  • 
  • ABŞ Qarabağda minaları təmizləməyə daha 1.5 milyon dollar ayırır

    ABŞ Qarabağda minaları təmizləməyə daha 1.5 ...

    8-09-2017, 11:48

  • 
  • ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

    ABŞ konqresmeni 20 Yanvar və Xocalı faciəsinin ...

    4-02-2016, 22:18

  • 
  • SOS: Qondarma erməni soyqırımı ABŞ dərsliklərinə salınır

    SOS: Qondarma erməni soyqırımı ABŞ dərsliklərinə ...

    18-01-2014, 12:01

  • 
  • Sabah Rusiya FHN Ağdamda minaların təmizlənməsinə başlayır

    Sabah Rusiya FHN Ağdamda minaların təmizlənməsinə ...

    4-01-2021, 16:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu