Gundemxeber.az » Dünya » “Ermənistanla sərhədlərin açılmasına Azərbaycanla birgə qərar verəcəyik” – Çavuşoğlu
“Qarşılıqlı təyin edilən xüsusi nümayəndələrin necə və harada görüşəcəklərinə qərar veriləcək. Onların konkret olaraq nədən danışacağını əvvəldən demək düzgün olmaz”.
Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xüsusi təmsilçilər vasitəsilə Türkiyə və Ermənistan arasında aparılacaq danışıqları şərh edərkən belə deyib.
Çavuşoğlu bildirib ki, Azərbaycan da bu prosesdə olacaq və rəsmi Bakı mütəmadi olaraq proseslə bağlı məlumatlandırılacaq:
“Koordinasiyalı addımlar atılır. Ona görə də bu, Azərbaycan üçün sürpriz olmayacaq. Həm Rusiya, həm də ABŞ bu prosesi dəstəkləyir. Sərhədlərin açılması ilə bağlı Azərbaycanla birlikdə qərar verəcəyik. Məsələn, Ermənistan Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağı təklif edə bilər. Biz də bu prosesin bir parçası ola bilərik. Belə bir müqavilə imzalananda sərhədin açılması da bura daxil edilə bilər”.
XİN rəhbərinin sözlərinə görə, Türkiyədə yaşayan və Türkiyə Respublikası vətəndaşları olan erməni icması da prosesə öz töhfəsini verməlidir:
“Hazırda qarşılıqlı çarter reysləri üçün müraciət edən aviaşirkətlər var. Bu mərhələdə iki tərəfdən bir hava yolu şirkəti ilə başlamaq və hadisələrə uyğun olaraq sayını artırmaq düşünülə bilər”.
GundemXeber.Az
16-08-2017, 15:45
1-04-2021, 12:14
8-11-2013, 11:30
15-05-2019, 17:21
3-12-2020, 16:34
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?