Gundemxeber.az » Dünya » Türkiyədə iri əməliyyat: 770 nəfərin əmlakına həbs qoyuldu
Türkiyədə terrorçuluqda şübhəli bilinən 770 fiziki və 1 hüquqi şəxsin əmlakına həbs qoyulub. Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu ilə xəzinə və maliyyə naziri Nürəddin Nəbati birgə qərar imzalayıblar.
Siyahıya FETÖ/PDY (Fətullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu), PKK/KCK (Kürdüstan Fəhlə Partiyası/Kürdüstan İcmalar İttifaqı), habelə dini-ekstrimist və radikal solçu təşkilatların üzvləri daxil edilib.
Əmlaklarına həbs qoyulanlar arasında HDP-nin hazırda həbsdə olan keçmiş həmsədri Səlahəttin Demirtaşın böyük qardaşı Nürəddin Demirtaş, FETÖ/PDY-nın hazırda axtarışda olan əsas şəxslərindən biri Adil Öksüz, Emre Uslu, Tuncay Opçin, Cevheri Güven, hazırda həbsdə olan keçmiş prokuror Zekeriya Öz, Tarık Toros və Abdülkerim Balcı da var.
Siyahıda 34 yaşlı azərbaycanlı Məmmədova Ülkər Şahmurad qızı da var. İŞİD üzvü olduğu qeyd olunan Ülkər Məmmədova Azərbaycanın Qubadlı rayonunda doğulub.
Məmmədova 2015-ci ildə Türkiyənin paytaxtı Ankarada 103 nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə təqsirli bilinən İŞİD üzvü Mustafa Dokumacının həyat yoldaşı olub. O, 2021-ci il oktyabrın 9-da Suriyadan Türkiyəyə keçərək polisə təslim olub. Bildirilib ki, Ülkər Məmmədova İŞİD-in “canlı bomba” siyahısında olub. Onun sözlərinə görə, Mustafa Dokumacı 2020-ci ildə zərbə PUA-sı tərəfindən zərərsizləşdirilib.
Gundemxeber.Az
6-10-2017, 22:48
29-10-2015, 16:27
1-03-2019, 12:24
2-12-2017, 00:40
4-09-2013, 15:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?