Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) "Azərbaycan üzrə təmsilçisi"ni həbs edib.
Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib.
Xəbərdə həmçinin barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmiş şəxsin Türkiyə ərazisinə daxil olarkən saxlanıldığı və Ankara Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi qeyd edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?