GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Şoyqunun imzaladığı Gorus sənədi Ermənistanı qarışdırıb - hakimiyyətə “gizli razılaşmalar” ittihamı...

Şoyqunun imzaladığı Gorus sənədi Ermənistanı qarışdırıb - hakimiyyətə “gizli razılaşmalar” ittihamı...

Tarix: 24-12-2021, 14:46 Bölmə :Dünya Baxış: 320

Ermənistanda revanşist qüvvələrə Paşinyanı “satqın çıxarmaq üçün” yeni bəhanələr yaranıb. Erməni ordusunun qalıqlarının 2020-ci ilin dekabrında Zəngəzurda Qubadlı rayonu istiqamətindəki mövqelərdən geri çəkilməsinin və Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçməsinin bəzi detallarının məlum olması hakimiyyətə ittihamları gücləndirib. Baş Qərargah rəisi Artak Davtyan deputat sorğusuna cavab məktubunda açıqlayıb ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib.

GUNDEMXEBER.AZ-ın məlumatına görə, “Yeni Müsavat” yada salır ki, nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib. Hərbi birləşmələrin geri çəkilməsinə dair sənəddə Ermənistanın o vaxtkı müdafiə naziri ilə yanaşı Rusiya müdafiə naziri Sergey Şoyqunun da imzası olub. Bu isə müxalifətə Paşinyana qarşı yeni hücumlar təşkil etməyə imkan yaradıb. Müxalifət bəyan edib ki, münaqişə tərəfləri arasında 10 noyabr sazişindən sonra başqa sənədlər də imzalanıb. Lakin həmin sənədlər məxfi sayıldığından Baş Qərargah onları açıqlaya bilmir.

Erməni müxalifəti hazırda ölkədaxili siyasi gərginliyi məhz bu mövzu üzərindən artırmağa çalışır. Müxalif “Hayastan” fraksiyasının deputatı Geğam Manukyanın iddiasına görə, hakimiyyət bundan əvvəl uzun müddət bu barədə tamam başqa məlumat vermişdi. Onun sözlərinə görə hökumət bildirmişdi ki, Ermənistan qoşunları onların nəzarətində olan Qubadlı və Zəngilan rayonlarından şifahi razılaşma əsasında geri çəkilib:

“Bir məsələ aydındır. Ermənistan silahlı qüvvələri baş qərargah rəisi Artak Davtyanın imzaladığı məktubdan görünür ki, Ermənistan silahlı qüvvələri və könüllü dəstələr 2020-ci ilin dekabrında Sünikdə təxminən 20 kilometr geri çəkiliblər və Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi yazılı sənəd əsasında Azərbaycanın nəzarətinə keçib. Bu, məxfi sənəddir və mən onu tam şəkildə dərc edə bilmərəm. Mən məxfi məlumat olan bu sənədi dərc etməmək üçün öhdəlik götürmüşəm”. Bəs Paşinyan daxildəki yeni gərginliyi durdura bilməsə, nə baş verə bilər? Baş nazirin hansısa gizli razılaşmaya qol çəkməsi və ya xəbərdar olması gerçəkdirmi?

“Əslində bütün bu məsələlərin kökündə 10 noyabr bəyanatı dayanır. Məhz üçtərəfli sənəd sual kimi qalan məsələlərin cavabıdır. Faktiki olaraq, Ermənistan Paşinyanın timsalında öhdəlikər götürüb. Sadəcə, onların icrası keçmiş cinayətkar klanın və müxalifətin təzyiqləri, populist çıxışları ucbatından mümkün olmur. Onlar hər vəchlə məğlubiyyəti Paşinyanın ayağına yazmaq istəyirlər. Amma gözəl bilirlər ki, Azərbaycan Ordusu həmin keçmiş klanın qurduğu erməni ordusunu məhv edib”, - Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a bu mövzunu belə şərh etdi. Onun fikrincə, Paşinyan yaxşı anlayır ki, Qarabağ məsələsi xərçəng xəstəliyi kimidir və problemdən qurtulmaq lazımdır: “Həmin üzə çıxan sənəd də bu prosesin tərkib hissəsidir. Bu sənədin aşkara çıxması sübut edir ki, sülhməramlılar onları götürdükləri öhdəlikləri yerinə yetirməyə məcbur edib. Onlar təkcə təxribatın qarşısını almağa mükəlləf deyil, həm də bu istiqamətdə addımlar atmaq missiyaları var. Ona görə erməni ordusunun Gorus-Qafan yolunun 21 km-dən çəkilməsi sərhədlərin delimitasiyasına şərait yaradan addımlardan biridir”.

Ekspertin sözlərinə görə, artıq ermənipərəst Fransa da sərhədlərin müəyyənləşməsini sürətləndirməyi tələb edir: “Eyni zamanda Ermənistanın sədrlik etdiyi KTMT-yə üzv ölkələr də bu məsələdə maraqlıdır. Çünki sərhədlərin dəqiqləşdirilməsi onlara da lazımdır. Ona görə bu sənədə gizli şəkildə imza atılması göstərir ki, Paşinyan müxalifətdən qorxur, özünü və ailəsini sığortalamaq üçün məxfi şəkildə iş aparır. Paşinyan bununla təsdiq edir ki, 10 noyabr və 11 yanvar bəyannamələrinə riayət etməyin məsuliyyətini anlayır.

Odur ki, bizə məlum olmayan, erməni cəmiyyətinə də sirr olan yeni sənədlərin imzalanması belə mümkündür. Xüsusən də Zəngəzur dəhlizi ilə bağlı sənədlərin imzalanması gözləntim var. Amma indidən ictimaiyyətə açıqlanmaması normaldır, gedişata maneçilik törədə bilər. Bu da keçmiş münaqişənin tam həlli istiqamətində gedən prosesdir. Paşinyan addım-addım ictimai rəyi reallığa alışdırmağa çalışır. Bunu birdən etsə, hakimiyyəti üçün təhlükə yarana bilər. Əslində proses Azərbaycanın maraqları çərçivəsində inkişaf edir".

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin sözlərinə görə, Paşinyanın müharibədə məğlubiyyətdən sonra ittihamlarla üzləşəcəyi, təzyiqlər olacağı gözlənilən idi. ALDP sədri bütün günahların hakimiyyətin boynuna biçilməsini normal sayır: “Çünki məğlubiyyət yetimdir. Serjik sərkisyanlar, köçəryanlar öz işğalçı, barbar əməllərinə görə Ermənistanın bu gün hansı vəziyyətə düşdüyünü etiraf etmək istəmirlər. Bu problemlər Paşinyanın dövründə yaranmayıb. Amma müharibədən sonra keçirilən seçki göstərdi ki, cəmiyyət istər gizli sövdələşmələr, istər məxfi sazişlər olsun, Paşinyanı dəstəkləyir, müxalifətə nifrət edir. Ona görə bu sənədin üzə çıxmasından müxalifət imitasiya edə bilər, reallığı isə ağlı başında olan siyasətçilər qəbul edir. Yəni bu yolla xalqı Paşinyanın üzərinə qaldırmaq mümkün deyil”. F.Əliyev hesab edir ki, Ermənistan siyasi böhran dövrünü yaşayır: “Türkiyə və Azərbaycanla normal münasibətlər qurduqdan, erməni əhalisinin iqtisadi həyatında bu əlaqələrin gətirəcəyi sosial dirçəliş olduqdan sonra Paşinyana qarşı arqumentlər də azalacaq. Hazırda Zəngəzura görə də hakimiyyəti ittiham edir, torpaqları satmaqda günahlandırırlar. Amma delimitasiya prosesinin mahiyyəti budur ki, sərhədlər dəqiq olmalıdır”. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın nəzarətinə verilir

    21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın ...

    19-02-2021, 12:49

  • 
  • Gorus-Qafan yolu razılaşma əsasında Azərbaycana VERİLDİ

    Gorus-Qafan yolu razılaşma əsasında Azərbaycana ...

    20-12-2021, 15:17

  • 
  • Ötən gecədən etibarən Gorus-Qafan yolunda Azərbaycanın gömrük postu işə başladı

    Ötən gecədən etibarən Gorus-Qafan yolunda ...

    11-11-2021, 10:52

  • 
  • Qubadlı istiqamətində düşmən vacib yüksəkliklərdən geri çəkilməyə məcbur edildi - RƏSMİ

    Qubadlı istiqamətində düşmən vacib ...

    22-10-2020, 09:46

  • 
  • Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

    Azərbaycanın müdafiə naziri Türkiyə və ...

    20-11-2018, 10:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu