GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ötən gecədən etibarən Gorus-Qafan yolunda Azərbaycanın gömrük postu işə başladı

Ötən gecədən etibarən Gorus-Qafan yolunda Azərbaycanın gömrük postu işə başladı

Tarix: 11-11-2021, 10:52 Bölmə :Cəmiyyət Baxış: 285


Ötən gecə saat 00.00-dan etibarən Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsində Azərbaycanın gömrük-sərhəd postu işə başlayıb. Gundemxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlayıb. “Bu gün (dünən, noyabrın 10-da,-red.) Azərbaycan tərəfi erməni tərəfini məlumatlandırıb ki, saat 00.00-dan etibarən Gorus-Qafan avtomobil yolunda gömrük və sərhəd prosedurları həyata keçirməyə başlayacaqlar, yəni nəzarət-buraxılış məntəqəsi quraşdıracaqlar”,-Qriqoryan deyib.

Onun sözlərinə görə, erməni tərəfi də cavab addımları atacaq və gömrük məntəqəsi yerləşdirəcək. Qriqoryan işin artıq başladığını deyib. Və bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə alternativ Qafan-Tatev yolu artıq hazırdır, bu yolla həm Gorusa, həm Yerevana getmək mümkündür. “Bu isə o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçməsi, həm yükdaşımalar üçün təhlükəsiz alternativ yolu var”,-Qriqoryan deyib.

Qeyd edək ki, Azərbaycan ötən ilin dekabrında Zəngilan-Qubadlı istiqamətində öz dövlət sərhədlərini bərpa edəndən sonra Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçmişdi. Lakin Azərbaycan tərəfi alternativ yolun çəkilməsinə qədər Ermənistan vətəndaşlarının həmin yolla maneəsiz, yəni gömrük və sərhəd prosedurlarından keçmədən hərəkətinə imkan yaratmışdı.

Bu ilin avqustundan isə vəziyyət dəyişməyə başladı. Əvvəlcə Azərbaycan tərəfi Qarabağa qanunsuz yükdaşımalarla məşğul olan İran TIR-larına görə Gorus-Qafan yolunun üzərində polis postu yerləşdirdi. Və İran TIR-larından tranzit yükdaşımalarla bağlı qanunvericiliyin tələbi əsasında yol vergisi tutmağa başladı. Nəticədə İran tərəfi Qarabağa Laçın dəhlizindən keçməklə yükdaşımaları dayandırmalı oldu, eyni zamanda Ermənistana yük daşıyan İran TIR-ları o zaman qrunt yol olan Qafan-Tatev yolundan istifadə etməyə başladı.

İndi isə Azərbaycan Gorus-Qafan yolu üzərində sərhəd-nəzarət məntəqəsi yerləşdirir və belə vəziyyətdə Ermənistan vətəndaşlarının da bu yoldan istifadəsi sual altına düşür. Çünki sərhəd-gömrük postunu keçmək üçün xarici ölkə vətəndaşları viza təqdim etməlidir. Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər isə yoxdur və deməli Ermənistan vətəndaşları viza almaqla bu yoldan istifadə edə bilməyəcək. Və ümumiyyətlə, onların bir şəhərdən digərinə getmək üçün başqa ölkənin, yəni Azərbaycanın gömrük-sərhəd postunu keçməsi ağlabatan deyil və deməli indiki halda öz ölkələrinin ərazisindən keçən alternativ yoldan istifadə edəcəklər.

Hərçənd Ermənistan vətəndaşları üçün Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən istifadə ilə bağlı qanuni gömrük-sərhəd prosedurlarının da ötən gecədən etibarən işə düşdüyü hələ aydın deyil.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİN Gorus-Qafan yolunda İranın yük maşınlarını yoxlamağa başladı - VİDEO

    DİN Gorus-Qafan yolunda İranın yük maşınlarını ...

    13-09-2021, 14:58

  • 
  • 21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın nəzarətinə verilir

    21 kilometrlik Gorus-David Bek yolu Azərbaycanın ...

    19-02-2021, 12:49

  • 
  • GORUS-QAFAN YOLUNDA YENİ LÖVHƏ: “Azərbaycana daxil olursunuz” – FOTO

    GORUS-QAFAN YOLUNDA YENİ LÖVHƏ: “Azərbaycana ...

    14-09-2021, 13:22

  • 
  • Prezidentin köməkçisi Qafan və Cermukdan bölgələrimizə atılan raketlərin şəklini yaydı - FOTO

    Prezidentin köməkçisi Qafan və Cermukdan ...

    22-10-2020, 11:49

  • 
  • "Gorus-Qafan yolunun 2 hissəsi Azərbaycana məxsusdur" - İranın Ermənistandakı səfiri

    "Gorus-Qafan yolunun 2 hissəsi Azərbaycana ...

    20-09-2021, 17:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu