Gundemxeber.az » Dünya » Almaniyada saxta COVID-19 pasportlarının satışı ilə bağlı 11 mindən çox fakt araşdırılır
Hazırda Almaniyada saxta COVID-19 pasportlarının satışı ilə bağlı 11 mindən çox fakt araşdırılır.
Bu barədə “Tageszeitung” qəzeti dövlət orqanlarına göndərdiyi sorğunun nəticələrinə istinadən xəbər verir.
Qeyd edilir ki, Almaniyada peyvənd pasportlarının saxtalaşdırılması hallarının sayı artıb.
Qəzetin məlumatına görə, 2021-ci ilin əvvəlindən təkcə Bavariyada saxta peyvənd pasportlarının paylanılması ilə bağlı 3 mindən çox, Berlində 1 028, Şlezviq-Holşteyn federal əyalətində 560 saxta sertifikat qeydə alınıb.
“Tageszeitung” bildirib ki, Berlin Dövlət Kriminal Polis İdarəsi bu cür saxta sənədlərin 50-350 avro arasında satıldığını xəbər verib. Saxta sertifikatlar teleqram, vatsap və “eBay” kimi sosial platformalarda satılır.
Gundemxeber.Az
4-12-2020, 10:12
7-07-2021, 14:57
4-06-2020, 10:08
4-01-2016, 18:12
13-04-2020, 10:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?