GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyalı general erməni diversantların qaytarılmasında niyə israr edir? - HƏQİQƏTƏN DƏ...

Rusiyalı general erməni diversantların qaytarılmasında niyə israr edir? - HƏQİQƏTƏN DƏ...

Tarix: 29-12-2021, 09:36 Bölmə :Dünya Baxış: 462


“Hazırda Ermənistanda azərbaycanlı hərbi əsir yoxdur, onların hamısı qaytarılıb. Erməni hərbi əsirlərinin qaytarılması işi də tam bağlanmalıdır və hesab edirəm ki, Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar”.

Bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin keçmiş başçısı general Rüstəm Muradov Rusiya mətbuatına açıqlamasında deyib. Ötən bir illik fəaliyyəti ilə daha çox ermənilərin mənafeyinə xidmət edən rus generalının bu açıqlaması onun Azərbaycana qarşı ədalətsiz davranışının növbəti təzahürüdür. O, bu açıqlaması ilə həm də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları növbəti dəfə heçə sayıb. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, 44 günlük müharibə dövründə əsir götürdüyü ermənilərin hamısını geri qaytarıb. Müharibədən sonra Qarabağda diversiya əməliyyatları həyata keçirən, eləcə də sərhədlərimizi bilərəkdən pozaraq təxribat törədən erməni quldur dəstələri isə hərbi əsir hesab edilmir.

Bununla belə, Rüstəm Muradov ötən il Rusiyanın təşəbbüsü ilə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsinə dair əldə olunmuş razılığı xatırladaraq, hazırda Azərbaycanda saxlanılan erməni terrorçuların da azad olunmasına çalışacaqlarını söyləyib. Halbuki Azərbaycan tərəfi əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü bütün öhdəlikləri tam şəkildə yerinə yetirib. Belə ki, Qarabağ müharibəsindən sonra Bakıda saxlanılan 100-dən çox erməni hərbçi beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə İrəvana təhvil verilib. Hətta cəmi bir ay əvvəl Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində törətdiyi təxribatlar zamanı ələ keçirilmiş 10 erməni hərbçi də bu yaxınlarda Avropa İttifaqının vasitəçiliyi ilə geri qaytarılıb. Bundan bir ay əvvəl Azərbaycan hökuməti 5 erməni diversantı da təhvil vermişdi. General Rüstəm Muradov bununla əlaqədar xüsusi missiya ilə Bakıya gələrək, diversantların geri qaytarılması işində şəxsən iştirak etmişdi.

Diversantlar da “hamının-hamıya”…

Bəs, Rusiya, konkret olaraq sülhməramlıların keçmiş rəhbəri Rüstəm Muradov Azərbaycanda saxlanılan erməni terrorçularının azad olunmasında niyə bu qədər maraqlıdır?

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi dövründə də hərbi əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsi təşəbbüsü Rusiyadan gəlmişdi. Belə ki, Rusiya prezidenti Boris Yeltsin xarici işlər naziri Yevgeni Primakova Qarabağ məsələsi ilə ciddi məşğul olmağı tapşırmışdı. Moskva, Yerevan və Bakı arasında üçtərəfli danışıqlar aparan Primakov münaqişənin siyasi yolla həlli üçün tərəfləri barışığa hazırlayır, “hamının-hamıya” prinsipi ilə əsir və girovların mübadiləsinə çalışırdı. Uzun danışıqlardan sonra o, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin razılığını alaraq, əsirlərin mübadiləsini həyata keçirmək üçün 1996-cı il mayın 8-də xüsusi təyyarə ilə Bakıya gəlir. Azərbaycan tərəfi razılaşmaya uyğun olaraq hərbi əsir, girov və məhkumlardan ibarət 39 ermənini Ermənistana qaytarır. Onlardan 1 nəfəri terrorizmə – dinc vətəndaşların qətlinə və Bakı metrosunda partlayışa, 3 nəfər isə Dağlıq Qarabağda jurnalisti Salatın Əsgərova və üç rus hərbiçisini qətlə yetirdiyinə görə mühakimə olunanlar idi. Görünür, məlum və məşhur “Rusiya barmağı” amili ilə yanaşı, ermənilərə simpatiyasını gizlədə bilməyən Rüstəm Muradov öz barmaqlarını da dinc saxlaya bilmir, Primakovun yolunu davam etdirmək istəyir. Ancaq Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri statusunun tələb etdiyi neytrallıq prinsipini nədənsə “unudur”.

GundemXeber.Az xəbər verir ki, politoloq Elxan Şahinoğlu da general Rüstəm Muradovun sülhməramlıların rəhbəri vəzifəsindən azad ediləndən sonra da Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsini normal saymır. O, Pressklub.az-a açıqlamasında deyib ki, Rusiya generalının Azərbaycanda həbsdə saxlanılan erməni diversantların azad olunmasına çalışması onun Ermənistan cəmiyyəti və Qarabağ separatçıları ilə yaxın münasibətindən qaynaqlanır: “Müharibə başa çatandan sonra hərbi əsir və girovların dəyişdirilməsi məhz Rüstəm Muradovun vasitəçiliyi ilə reallaşıb. Görünür, Ermənistan tərəfi Bakıda saxlanılan diversantları geri almaq üçün onun da imkanlarından maksimum yararlanmağa çalışır”.

“Hərbi əsir” kimi qələmə verilən terrorçularla neçə davranılmalı?

Hazırda Azərbaycanda saxlanılan, Ermənistanın və hətta Rusiyanın “hərbi əsir” adlandırdığı ermənilər isə 44 günlük müharibədən sonra Qarabağa göndərilmiş terrorçu və təxribatçı dəstənin üzvləridir. Bununla belə, rəsmi İrəvan Azərbaycanda saxlanılan və haqqında cinayət işi qaldırılmış terrorçuları da “hərbi əsir” adlandırır və bu yolla onların azad olunmasına səy göstərir. Əslində isə onlar terrorçu qruplardır və həm Azərbaycan qanunvericiliyinə, beynəlxalq qaydalara uyğun olaraq, cinayət məsuliyyətinə cəlb ediliblər. Elə beynəlxalq humanitar hüquq normalarına, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməz.

Azərbaycan tərəfinin dekabrın 4-də Ermənistana qaytardığı 10 nəfər hərbçinin İrəvanda cinayət məsuliyyətinə cəlb edilməsi, onlardan 4-nün həbs olunması, 6-na isə ittiham irəli sürülməsi də həmin şəxslərin cinayətkar dəstə olduğuna dəlalət edir.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirib ki, 2020-ci il 10 noyabr tarixindən sonra Qarabağda diversiya, terror törədərkən ələ keçirilən erməni yaraqlıları heç bir halda hərbi əsir sayıla bilməz. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun olaraq döyüş əməliyyatları zamanı əsir götürülən bütün şəxsləri geri qaytarıb, meyitləri təhvil verib: “Yəni, Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib və məsələ bununla bitib. Ancaq 10 noyabr razılaşmasından sonra Ermənistandan Azərbaycana diversiya, terror törətmək məqsədilə xüsusi qruplar göndərilib və təhlükəsizlik xidməti orqanlarının həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində həmin qrup zərərsizləşdirilərək həbs edilib. Belə olan halda onlar hərbi əsir sayıla bilməz. Çünki həmin ermənilər müharibə başa çatandan sonra törətdikləri qanunsuzluğa görə həbs ediliblər. Onlar cinayət edib. Qanunsuz olaraq Azərbaycan ərazisinə gələrək hərbi qulluqçularımızı və mülki şəxsləri qətlə yetiriblər”.

Əliməmməd Nuriyev hesab edir ki, bu şəxslər Azərbaycan qanunlarına uyğun olaraq müharibə əleyhinə cinayətlərə, terror və diversiya fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin keçirdiyi görüşlərdə bu məsələyə münasibət bildirilərkən 44 günlük müharibədən sonra təxribat törətmiş erməni hərbçilərinin terrorçu olduğu qeyd edilib və onlar hərbi əsir sayıla bilməz.

Yeri gəlmişkən, ermənilərin “hərbi əsir” kimi qələmə verdiyi terrorçuların hamısı Ermənistan vətəndaşıdır və beynəlxalq hüquq normalarına görə onlar diversant hesab olunur. Bu isə o deməkdir ki, həmin şəxslərin törətdiyi cinayətə görə cəzası yalnız məhkəmə qaydasında müəyyənləşdirilməlidir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsir erməni Şəmkir hərbi birləşməsinə aparılıb — FOTOLAR

    Əsir erməni Şəmkir hərbi birləşməsinə aparılıb — ...

    8-08-2014, 02:34

  • 
  • Rüstəm Muradov gedir, yerinə çeçenlər üzərində döyüş təcrübəsi keçmiş general gəlir

    Rüstəm Muradov gedir, yerinə çeçenlər üzərində ...

    14-05-2021, 12:07

  • 
  • “Sülhməramlılar”ın Qarabağda qanunsuz “anti-terror” təlimləri - Əgər, silahlı erməni birləşmələrini çıxarsalar...

    “Sülhməramlılar”ın Qarabağda qanunsuz ...

    25-01-2021, 20:24

  • 
  • FAKT: Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq

    FAKT: Qarabağda erməni ordusu bura yerləşib – ...

    14-01-2021, 11:37

  • 
  • Ermənilərin əsir götürdüyü Aminlə bağlı dayısından AÇIQLAMA

    Ermənilərin əsir götürdüyü Aminlə bağlı ...

    23-11-2020, 15:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu