Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili müstəqil həkimlərin onu müayinə etməsinə və ziyarətçilərlə məxfi məlumat mübadiləsinə icazə verilməyəcəyi halda etiraz edəcəyini bildirib.
Gundemxeber.Az "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Şota Tutberidzenin vəkili məlumat verib.
"Əgər bu tələblər yanvarın 6-dək penitensiar xidmət tərəfindən yerinə yetirilməsə, Mixail Saakaşvili etirazın ifrat formasına keçəcək”, - hüquq müdafiəçisi bildirib.
Tutberidze qeyd edib ki, Saakaşvili Rustavi həbsxanasında olarkən müdafiə tərəfi yazışma mübadiləsi yolu ilə onunla məxfi əlaqə saxlaya bilirdi.
Saakaşvili oktyabrın 1-də 8 illik mühacirətdən sonra geri qayıdaraq Gürcüstanda həbs edilib. O, vətənində bankir Sandro Girqvlianinin qətlində və deputat Valeri Gelaşvilinin döyülməsində qiyabi olaraq mühakimə olunub. Saakaşvili özünü "siyasi məhbus” adlandırıb, o, həbs olunduğu andan demək olar ki, dərhal aclıq aksiyasına başlayıb, bu aksiya 50 gün davam edib. Dekabrın 21-də onun tərəfdarları Gürcüstanın keçmiş liderinin azad edilməsi tələbi ilə kütləvi aclıq aksiyası elan ediblər.
Bundan bir qədər əvvəl isə Saakaşvilinin tərəfdarlarının aclıq aksiyasına son qoyduğu bildirilirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?