GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qazaxıstanda baş verənlərin pərdəarxası - sosial tələblər, yoxsa...

Qazaxıstanda baş verənlərin pərdəarxası - sosial tələblər, yoxsa...

Tarix: 6-01-2022, 11:10 Bölmə :Dünya Baxış: 275


Paytaxt Nur-Sultanda fövqəladə vəziyyət elan edilib.

Prezident Kasım-Jomard Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.

Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Ancaq buna baxmayaraq, dinc etirazlar digər şəhərlərə də yayılıb. Almatıda yanvarın 4-ü axşam saatlarında etirazçılarla qaz və səs qumbaralarından istifadə edən polis arasında toqquşma olub. Dövlət başçısı insanları ehtiyatlı olmağa, daxildən və xaricdən gələn təxribatlara uymamağa çağırıb. Prezident hakimiyyətin süquta uğramayacağını vurğulayıb.

Daha sonra dövlət başçısı Almatı və Mangistau vilayətlərində fövqəladə vəziyyət elan edib. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan əlavə, Manqistau vilayətinin Janaozen rayonundakı Qaz Emalı Zavodunun direktoru Narkbergen Tulepov saxlanılıb. O, qazın qiymətini əsassız olaraq bahalaşdırmaqda ittiham olunur.

Yanvarın 5-də axşam saatlarında Qazaxıstanın birinci Prezidenti - Elbaşı Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad edilib.

Bunu prezident Kasım-Jomart Tokayev xalqa müraciətində deyib. O bildirib: “Bu gündən etibarən bu vəzifəni mən tutacağam”.

Prezident heç bir halda paytaxt Nur-Sultanı tərk etməyəcəyini qeyd edib.

Təbii olaraq bütün dünyanın diqqəti Qazaxıstana yönəlib.

Türkiyənin Xarici İşlər Nazirliyi Qazaxıstandakı etiraz aksiyalarına münasibət bildirən ilk ölkələrdəndir.

Türkiyə XİN-in açıqlamasında deyilir: “Qazaxıstanda yanvarın 2-3-də başlayan və hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyirik”.

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau da Qazaxıstanda baş verənlərə münasibət bildirib.

APA-nın xəbərinə görə, bu barədə ATƏT sədri “Twitter”də paylaşım edib.

 

Komendatura həmçinin Almatı sakinlərini sakit olmağa və Konstitusiya quruluşunun yaradılmasında və ictimai təhlükəsizliyin yaradılmasında hüquq-mühafizə orqanlarına köməklik göstərməyə çağırıb.

“Mən ATƏT sədri kimi Qazaxıstandakı son vəziyyəti yaxından izləyirəm. Mövcud problemləri həll etmək üçün zorakılıq və şiddət heç vaxt düzgün cavab deyil. Mən vəziyyətin de-eskalasiyasına və ATƏT-in öhdəliklərinə tam riayət etməklə dialoqa başlamağa çağırıram”, - Z. Rau qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın onun ölkəsindən kömək istədiyi ilə bağlı suallara cavab verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, işin bu nöqtəyə gəlmədiyini söyləyib.

“Xeyr, biz inanırıq ki, bizim qazaxıstanlı dostlarımız öz daxili problemlərini özləri həll edə bilər”, - deyə o söyləyib.

Rusiya Xarici İşlər Nazirliyi də məsələyə sakit reaksiya verib. “Biz qardaş qonşu ölkədəki hadisələri diqqətlə izləyirik. Biz hadisələrin küçə iğtişaşları və qanunların pozulması yolu ilə deyil, hüquqi sahədə çözülməsinin tərəfdarıyıq”, - deyə bəyanatda qeyd olunur.

XİN Rusiyanın diplomatik nümayəndələri ətrafında ciddi insidentlərin baş vermədiyinə və zərərçəkənlər arasında RF vətəndaşlarının olmadığını bildirməklə kifayətlənib.

Qazaxıstandakı hadisələrlə bağlı ekspertlərin fikirləri birmənalı deyil. Bir qism hesab edir ki, sosial etirazlar adı altında başlayanlar öncədən planlaşdırılan ssenaridir. Bunu söyləyənlər fikirlərini belə əsaslandırır ki, əgər söhbət qazın qiymətinin endirilməsindən gedirdisə, hökumət bunu etdi. Hətta aksiyanın tələbinə uyğun olaraq hökumət də istefaya göndərildi. Ancaq bundan sonra siyasi şüarlar səsləndi, nümayişçilər iğtişaşlara, xaotik proseslərə başladılar.

Bir qism isə hesab edir ki, xarici güclər Qazaxıstanın türk birliyində rolunu azaltmaq üçün bu ölkəni qarışdırır və ölkəni zəiflətməyi hədəfləyiblər. Məsələ ondadır ki, Turan birliyi bəzi gücləri narahat edirdi.

Xüsusilə bu məsələdən sonra Rusiya “yeni SSRİ” yaratmaq ideyasını aktuallaşdırmışdı. Bu prosesə Qazaxıstanı da hansısa təhdidlərlə cəlb edilməsi planları haqda hələ ötən ilin sonlarından danışılırdı...

****

Bu gün gecə saatlarında Qazaxıstanın hüquq-mühafizə orqanları talanların davam etdiyi Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirib.

Bu barədə şəhər komendantlığı məlumat yayıb.

“Şəhərdə asayişin bərqərar edilməsi məqsədilə xüsusi antiterror əməliyyatı başlayıb”, - məlumatda deyilir.

Bundan başqa,  Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Şurası sülhməramlı qüvvələrinin Qazaxıstana göndərilməsi barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə TASS Ermənistanın Baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyana istinadən məlumat yayıb.

Paşinyan bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar, habelə Qazaxıstanın milli təhlükəsizliyinə və suverenliyinə, o cümlədən, kənar müdaxilə nəticəsində yaranmış təhlükəni nəzərə alaraq, KTMT Şurası müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq, bu ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün təşkilatın sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib.

Azərbaycanın Qazaxıstandakı səfirliyi soydaşlarımıza müraciət edib.

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza müraciət edib.

Musavat.com-un səfirliyin tviter hesabına istinadən məlumatına görə, səfirliyin müraciətində deyilir:

“Əziz vətəndaşlarımız!

Bildiyiniz kimi, cari ilin 19 yanvar tarixinədək bütün Qazaxıstan Respublikası ərazisində fövqəladə vəziyyət elan edilmişdir. Vətəndaşlarımızın rəsmi məlumatları izləməyi və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi məsləhət olunur”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazaxıstanda növbədənkənar prezident seçkilərinin tarixi açıqlandı - YENİLƏNİB

    Qazaxıstanda növbədənkənar prezident seçkilərinin ...

    9-04-2019, 12:36

  • 
  • Qazaxıstanda etiraz aksiyası dağıdılıb

    Qazaxıstanda etiraz aksiyası dağıdılıb ...

    29-04-2016, 01:29

  • 
  • Qazaxıstanda etiraz nümayişlərində onlarla insan saxlanılıb

    Qazaxıstanda etiraz nümayişlərində onlarla insan ...

    8-07-2019, 12:31

  • 
  • Nur-Sultanda inzibati binaların mühafizəsi gücləndirilib, aviareyslər təxirə salınıb

    Nur-Sultanda inzibati binaların mühafizəsi ...

    6-01-2022, 09:41

  • 
  • Qazaxıstanda son vəziyyət: Almatıda atışma başladı

    Qazaxıstanda son vəziyyət: Almatıda atışma başladı ...

    6-01-2022, 10:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu