GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » “Putinə əsas təhlükə ölkəsi daxilindədir...” - “The Financial Times”

“Putinə əsas təhlükə ölkəsi daxilindədir...” - “The Financial Times”

Tarix: 11-01-2022, 15:24 Bölmə :Dünya Baxış: 374


“Qısa, müzəffər müharibə Putini müvəqqəti gücləndirə bilər”...

“Rusiya dörd bir yandan mühasirədədir. Ölkənin düşmənləri sərhədlərə doğru irəliləyirlər. Düşmən NATO alyansı Rusiyanın tarixən və ruhən bir hissəsi olan Ukraynanı özünə qatmaqla hədələyir. Bütün bunları dəf etmək vəzifəsi isə Böyük Pyotrun, Birinci Aleksandrın və İosif Stalinin varisi olan Vladimir Putinin üzərinə düşüb”.

“The Financial Times” (FT) qəzetində Britaniya jurnalisti Gideon Rakman yazır ki, Rusiya hökumətinin Qərblə mühüm danışıqlar ərəfəsində apardığı təbliğatın ana xətti məhz belədir.

Rusiya Ukrayna ilə sərhədinə böyük qoşun toplayıb, qonşusunu müdaxilə ilə hədələyir, amma iddia edir ki, bu, onun NATO-nun genişlənməsinə müdafiə tipli reaksiyasıdır.

Moskvadakı “Carnegie” Mərkəzinin direktoru Dmitri Trenin izah edir ki, Ukrayna Putinin son istinadgahıdır. FT yazır ki, Kremlin versiyası cəfəngiyyatdır. NATO-nun Rusiyaya hücum etməsi riski yoxdur. 1990-cı illərdə bu qədər çox ölkənin NATO-ya qoşulmasının isə bircə səbəbi var: Onlar Rusiya təcavüzündən qorxurlar. Ukraynanın isə hazırda NATO-ya üzv olması üçün real perspektiv yoxdur. Məqalədə deyilir ki, məhz bu səbəbdən də bu həftə aparılan danışıqlarda istənilən nəticə, istənilən güzəşt Putinin təhlükəsizlik problemini həll etməyəcək. Çünki Rusiya liderinə başlıca təhlükə ölkənin xaricində yox, daxilindədir.

FT yazır ki, keçən il bu vaxtlar müxalifət lideri Aleksey Navalnıya dəstək aksiyaları bütün Rusiyanı bürümüşdü. Onun hazırladığı videolar Putin və onun yaxın dostlarının dəbdəbəli həyatını faş edirdi. Məhz buna görə də Kreml ölkə daxilindəki opponentləri “xarici agent” adı ilə damğalayır. Əslində isə bunlar adi rusiyalılardır. Onlar hökuməti xoşlamır və bilirlər ki, saxta seçkilər heç bir dəyişiklik gətirməyəcək. Məqalədə deyilir ki, Navalnı Putin üçün NATO-dan da böyük hədə olaraq qalır.

Ozünü rus millətçiliyinin təcəssümü kimi təqdim edən Putin öz hakimiyyətinə olan hədələrlə ölkəyə olan hədələri qarışdırıb. Halbuki Putinin şəxsi təhlükəsizliyi ilə ölkənin milli təhlükəsizliyi eyni şey deyil.

Amma bütün bunlara baxmayaraq Putinin ölkə daxilindəki problemləri ilə onun xarici təcavüzləri arasında əlaqə var. Hər hansı müharibə Rusiya lideri üçün millətçi dəstək dalğası yarada bilər.

Ən əsası isə budur ki, Putin Rusiya sərhədlərində yalnız kremlsayağı rejimə uyğun korrupsiyalı avtorkartiyalara dözə bilər. Əsl demokratiya alternativ model kimi Rusiya müxalifətini ürəkləndirə bilərdi. Azad ölkənin Kremlin qucağından qaçıb Qərbə sığınacağına daha böyük ehtimal var.

"Financial Times" yazır ki, məhz bu səbəbdən də Amerika Putinə onun tələb etdiyi nüfuz dairəsini vermək qabiliyyətində deyil. Kremlin Rusiyanın sərhədlərində üstünlük verdiyi korrupsiyalı avtokratiyalar özlərinin yaratdıqları sosial müqavimətə görə qaçılmaz şəkildə qeyri-sabitdirlər. 2013-2014-cü illərdə Ukrayna üsyanı məhz rusiyayönlü korrupsiyalı hakimiyyətə son qoyub.

FT yazır ki, ABŞ-Rusiya danışıqlarının ərəfəsində qonşu Qazaxıstandakı etirazları yatırtmaq üçün ora qoşun göndərmək Kreml üçün narahatlıq yaradıb. Orta əməkhaqqının aya 570 dollar olduğu bu ölkədə 1991-2019-cu illərdə prezident olmuş Nursultan Nazarbayevin ailəsinin təkcə xaricdə sahibləndiyi mülklərin dəyəri azı 785 milyon dollardır.

Məqalədə deyilir ki, Qazaxıstandakı çaxnaşma hakim dairələr arasındakı çəkişmə ilə bağlı ola bilər, amma bu sayaq problemlər adətən korrupsiyalı avtorkratiyalarda baş qaldırır. Sərvət xarici sistemin bir hissəsi kimi bölüşdürüləndə hakimiyyətdəki istənilən dəyişiklik sabitsizlik yaradır. Bu dilemma Putinə tanış ola bilər.

FT yazır ki, Qazaxıstan Rusiyanın yaxın qonşuluğunda təlatüm içində olan yeganə ölkə deyil. Belarusda 2020-ci ilin seçkisi oğurlanandan bəri yerli diktator Aleksandr Lukaşenko daxili müxalifəti amansızlıqla əzib. Məqalədə deyilir ki, müasir Rusiya Sovet İttifaqındakı vəziyyətə təhlükəli şəkildə yaxındır. Sovet İttifaqı da qonşuları özünə “dost” saxlamaq üçün onları müdaxilə ilə təhdid edirdi.

FT yazır ki, qısa, müzəffər müharibə Putini müvəqqəti gücləndirə bilər. Lakin 2022-ci ildə Ukraynaya müdaxilə Putin sisteminin sağ qalmasını təmin etməyəcək. 1968-ci ildə Çexoslovakiyaya müdaxilə Sovet İttifaqını xilas etmədiyi kimi. Son nəticədə Putinin vəziyyəti daha da zəifləyəcək. Əgər müharibə uzansa, Rusiya qurbanlar verəcək, iqtisadiyyatı tükənəcək və ölkə daha da təklənəcək.

Ukraynaya hücum NATO-nun varlığına yeni bir məna verəcək və onun genişlənməsinə yol açacaq. Hazırda Rusiyanın hədəli ritorikasından xofa düşən Finlandiya və İsveç şimal alyansına qoşulmaq məsələsini müzakirə edirlər. Əgər lap Rusiyaya Kiyevdə oyuncaq rejim yaratmaq müyəssər olsa da, Moskvanın təcavüzü Ukrayna millətçiliyinə təkan verəcək. Özlüyündə bu, Kreml üçün çox qəribə bir qələbə olacaq. 

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya NATO təlimlərinə pis baxır

    Rusiya NATO təlimlərinə pis baxır ...

    7-06-2016, 23:42

  • 
  • Britaniya NATO-Rusiya münaqişəsinə hazırlıq görür

    Britaniya NATO-Rusiya münaqişəsinə hazırlıq görür ...

    8-02-2016, 14:41

  • 
  • “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi müdafiə edəcəyik”

    “Əgər Rusiya müharibə başlasa, biz öz ölkəmizi ...

    4-04-2014, 16:51

  • 
  • NATO da Rusiya daimi nümayəndəliyində 10 nəfəri ixtisara saldı

    NATO da Rusiya daimi nümayəndəliyində 10 nəfəri ...

    28-03-2018, 12:45

  • 
  • Saakaşvili: Rusiyanın növbəti qurbanları NATO üzvü olmayan Avropa ölkələri ola bilər

    Saakaşvili: Rusiyanın növbəti qurbanları NATO ...

    18-03-2019, 11:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu