İsveçin baş naziri Maqdalena Andressonun evində yaşayış icazəsi olmayan qaçaq miqrantın təmizlik şirkəti tərkibində çalışdığı məlum olub.
Gundemxeber.az xəbər verir ki, həyəcan siqnalından sonra baş nazirin Stokholm yaxınlığındakı evinə basqın edən polislər 25 yaşlı qadını yaxalayıblar.
Məlum olub ki, həmin qadının yaşayış icazəsi 2020-ci ilin martında ləğv edilsə də, o, indiyədək gizlin şəkildə İsveçdə yaşayıb. Üstəlik də oğurluq faktına görə bir müddətdir ki, axtarışdadır.
Olayla bağlı açıqlama verən M.Andersson böyük təəssüf hissi keçirdiyini, qadının çalışdığı şirkətlə əməkdaşlığı dayandıracağını bildirib.Xəbərə görə, mühacir qadın yaxın vaxtlarda ölkədən deportasiya ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?