Gundemxeber.az » Dünya » Urmiyə gölünün sahəsi 1297 kvadrat kilometr azalıb
Tasnim xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayətinin Regional Su Şirkətinin baş direktoru Yasir Rəhbərdin hazırda gölün sahəsinin 2027 kvadrat kilometr olduğunu bildirib. Bu rəqəm isə keçən il eyni zaman üçün 3324 kilometr idi.
Rəhbərdin Urmiyə gölünün su həcminin 1 milyard 98 milyon kubmetr azalmasına toxunaraq, "hal-hazırda Urmiyə gölünün su həcmi 2 milyard 73 milyon kubmetrdir halbuki ötən ilin eyni dövründə gölün suyunun həcmi 4 milyard 71 milyon kubmetr idi." deyə məlumat verib.
Qərbi Azərbaycan vilayətində uzun müddətdə yağıntıların 13%-dən daha çox azalmasını bildirilir. Bu ayın əvvəlindən Qərbi Azərbaycanda bütün vilayətdə orta hesabla 9,7 mm yağıntı olub.
Urmiyə gölünün vəziyyəti yağıntıların azalıb çoxalmasından təsirlənir və gölün stabil bir vəziyyətdə qalması üçün hələ ki, lazımi addımlar atılmayıb. Son günlərdə İran Azərbaycanında yağıntıların çoxalması və keçən ilin eyni dövrü ilə müqayisədə yağıntının 10% artımı bu gölün vəziyyətinin bir az yaxşılaşa biləcəyi ümidləri artırıb.
İranda prezidentlik, parlament və şəhər şurası kimi fərqli seçkilərdə namizəd kimi iştirak edən şəxslər gölün canlandırılması ilə əlaqədar vətəndaşlara müxtəlif vədlər verirlər, ancaq Urmiyə gölünün yağıntılardan asılı olaraq müvəqqəti və qeyri-stabil vəziyyəti davam edir.
Gundemxeber.az
25-02-2013, 10:30
6-12-2014, 23:44
18-12-2018, 10:38
15-08-2014, 10:15
8-12-2017, 20:31
Sorğu
Yeni dizaynımız necədir?