Gundemxeber.az » Dünya » Parlament Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyinin ləğvini təsdiqləyib
Qazaxıstan Parlamentinin Senatı (Yuxarı palata) cümə axşamı respublikanın birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğv olunması ilə bağlı düzəlişləri qəbul edib.
İclas qanunverici orqanın saytında yayımlanıb.
Yanvarın 19-da düzəlişləri parlamentin aşağı palatası olan Milli Məclisin deputatları təsdiqləyib. Beləliklə, Nazarbayevə ömürlük Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına rəhbərlik etmək hüququ verilən müddəalar mövcud qanunvericilikdən çıxarılıb.
Qanunvericiliyə dəyişikliklərin edilməsi indi dövlət başçısı tərəfindən təsdiqlənməlidir.
GUNDEMXEBER.AZ
2-05-2020, 13:24
7-01-2022, 14:16
9-12-2017, 18:16
9-06-2018, 11:15
20-10-2015, 14:59
Sorğu
Yeni dizaynımız necədir?