"Rusiya Prezidenti Vladimir Putinlə görüşə çox əhəmiyyət veririəm".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Vladimir Putinlə görüşümüzün təkbətək, yoxsa Ali Səviyyəli Strateji Şura toplantısı çərçivəsində olub-olmayacağını görüşün təqvimini müəyyənləşdirəndə danışacağıq. Əgər şura toplantısı çərçivəsində istəsələr, onda görüşü həmin çərçivədə keçirəcəyik. Dünyanın gözü indi buradadır: “Görəsən, Rusiya-Ukrayna arasındakı bu gərginliyin axırı necə olacaq? Donbasdakı hadisələr, sərhəddəki vəziyyət məlumdur. Bu bölgənin sülhdən, barışdan ayrılmamasını arzu edirəm. Buna görə də mübarizəmizi davam etdiririk”, - o bildirib.
Gundemxeber.az
Sorğu
Yeni dizaynımız necədir?