Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin bvaş naziri Rəcəb Tayyib Ərdoğan işgüzar görüşlə bağlı razılığa gəliblər. Rəsmilər telefon danışığından sonra payızda Moskvada yüksək səviyyəli əməkdaşlıqla əlaqədar görüş təyin ediblər. Rəsmi Kremlin mətbuat xidmətinin görüşlə bağlı yaydığı məlumatda deyilir:
“Rusiya prezidenti ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qarşılıqlı əməkdaşlıq çərçivəsində payızda Moskvada baş tutacaq növbəti iclasın vaxtın dəqiqləşdiriblər. Görüşdə ölkələrarası yüksək səviyyəli əməkdaşlıq proqramlarının qəbulu və eyni zamanda “İyirmilik qrupu” sammiti çərçivəsində görüşləri davam etdirmək nəzərdə tutulur. ”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?