75 yaşlı LDPR lideri Vladimir Jirinovskinin COVID-19-a qarşı yeddi peyvənd almasına baxmayaraq, koronavirusla Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu haqda vəziyyətlə tanış olan mənbə bildirib.
Eyni zamanda, mediada yayılan məlumatlara görə, onun vəziyyəti kifayət qədər həyəcanvericidir və siyasətçi süni nəfəs aparatına qoşula bilər.
"Bəli, o, hazırda Mərkəzi Klinik Xəstəxanadadır", - RİA Novosti agentliyi mənbəyə istinadən bildirib. Xəstəxananın özü bu məlumatı şərh etməkdən imtina edib.
Partiyanın mətbuat xidməti bildirib ki, Vladimir Jirinovski özünü yaxşı hiss edir və fəaliyyətini davam etdirir. Eyni zamanda, "Maş” telegram kanalı öz məlumatlarına istinadən iddia edir ki, Jirinovskiyə xəstəxanada 50-75% ağciyər zədəsi diaqnozu qoyulub, ona görə də siyasətçinin süni nəfəs aparatına qoşula biləcəyi istisna edilmir.
"Liberal Demokrat Partiyasının sədri koronavirus fonunda inkişaf edən ikitərəfli pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zərərin orta ağırlıq dərəcəsi KT-3-dür", - məlumatda deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?