Gundemxeber.az » Dünya » "Bu, Nikol Paşinyanın istəyidir" - Köçəryan
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdırmaq üçün yaradılmış komissiyanın iclasına çağırılacaq. Gundemxeber.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə komissiyanın rəhbəri, deputat Andranik Köçəryan ilk iclasdan sonra jurnalistlərə məlumat verib.
- Bu, Nikol Paşinyanın istəyidir, - Köçəryan deyib.
Deputatın sözlərinə görə, müxalifət baş naziri onları maraqlandıran mövzularda dindirmək imkanını itirib. Görüşün müddəti məhdud deyil, istənilən sualı vermək imkanı olacaq. Komissiyanın rəyində Paşinyanın məsuliyyətinin göstərilib-göstərilməyəcəyi ilə bağlı suala Köçəryan belə cavablayıb ki, bu suala cavab işin nəticələrinə əsasən veriləcək.
Xatırladaq ki, 44 günlük müharibənin nəticələrini araşdıran komissiyanın ilk iclasına müxalifət nümayəndələri gəlsə də, tez bir zamanda zalı tərk ediblər.
Bundan öncə isə “Hayastan” və “Şərəfim var” blokları 44 günlük müharibəni araşdıran komissiyanın işində iştirakdan imtina edib. Fraksiyaların birgə bəyanatında deyilir ki, ölkə hakimiyyəti öz hərəkətlərini obyektiv araşdıra bilməz.
GUNDEMXEBER.AZ
17-11-2020, 12:48
11-04-2019, 12:46
17-09-2018, 12:13
21-06-2021, 10:00
21-11-2020, 15:40
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?