Ermənistan parlamentində təmsil olunan müxalif Çiçəklənən Ermənstan və İşıqlı Ermənistan partiyaları baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Məlumatı “Novosti Armenii” yayıb.
Noyabrın 17-də qanunverici orqanın 4 günlük sessiyası başlayıb. Parlamentin gündəlyindəki iki məsələdən biri 2021-ci il üçün dövlət büdcəsi layihəsidir.
Milyonçu deputat Qaqik Sarukyanın sədri olduğu Çiçəklənən Ermənistan Partiyası və deputat Edmon Marukyanın başçlıq etdiyi İşıqlı Ermənistan Partiyası isə parlamentin növbədənkənar iclasının çağırılmasını və gündəliyə yalnız hökumət başçısı Nikol Paşinyanın istefasının daxil edilməsini tələb ediblər.
Müxalifətdən olan deputatlar baş nazirin istefasını israr etməklə yanaşı, onun dövləti idarə etməsi üçün səlahiyyətinin olmadığını bildiriblər. Onlar deyib ki, ali baş komandan kimi o problemi həll edə bilməyib, Qarabağ müharibəsini uduzub, Qarabağdakı ikinic böyük şəhəri -Şuşanı təslim edib./report.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?