Gundemxeber.az » Dünya » ABŞ-da Bakının təşəbbüsü ilə GÖRÜŞ: İsrail-Türkiyə yaxınlaşması, türk birliyinin inkişafı - ŞƏRH
Türkiyə ilə İsrail arasında sipərlərin yığışdırılması istiqamətində atılan addımlar regional xəritənin siyasi tablosu üçün əlavə gücləndirici qidaya çevrilir.
Türkiyə-İsrail münasibətlərindəki istiləşmə Türk Dövlətləri Təşkilatının potensialının artması və fəaliyyətinin güclənməsi üçün stimullaşdırıcı sistem yaradır.
Hələ bir neçə gün öncə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş keçirilmişdi (Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin təşəbbüsü ilə).
Vaşinqtonda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirlərinin İsrail formatlı görüşü yeni əməkdaşlıq platformasının təməlinin atılmasının anonsudur.
İsrailin bu ölkələrdən ən yaxşı münasibətlərdə olduğu Azərbaycandır, digərləri ilə əlaqələrdə isə mürəkkəblik mövcuddur.
İsrail Özbəkistanla əlaqələrə ona görə önəm verir ki, burada tarixi kökləri keçmişə gedib çıxan yəhudi icması yaşayır. Bu icmanın inkişaf edərək böyüməsi İsrailin maraq dairəsindədir. Özbəkistanın İranla sərhədi olmasa da, strateji baxımdan İsrailə bu ölkə üzərindən İrana “yaxınlıq” təmin edir.
Qazaxıstan da İsrail üçün əhəmiyyətlidir, iki ölkənin müdafiə və kəşfiyyat sahəsində sıx əməkdaşlığı mövcuddur.
İndi qalır bu əlaqələrin şaxələndirilməsi və siyasi-iqtisadi üfüqlərdə yeni səhifələr açmaq. İsrail regionun həlledici gücü olan Türkiyə ilə əməkdaşlığın radiusunu genişlətməklə özünün maraq dairəsini böyütməklə bu hədəflərinə nail olmaq istəyir.
İsrailin bu formatda “qala inşa” etməyə töhfə vermək cəhdləri həm İrana görə, həm neft amilinə görə, həm təhlükəsizlik avadanlıqlarının satışı baxımından strateji əhəmiyyət kəsb edir.
Türkiyə ilə İsrailin ali kəşfiyyat qurumları (MİT və MOSSAD) da son zamanlar koordinasiya yaradıblar, artıq hər iki qurum Türkiyədə israilli biznesmen Yair Gellerə qarşı İran xüsusi xidmət orqanları tərəfindən hazırlanan sui-qəsdin qarşısını alıblar.
İsrail Türkiyə ilə münasibətlərdə Ankaranı Fələstin məsələsində öz tərəfinə çəkmək istəyir, amma Ankaranın prinsipial mövqeyindən geri çəkiləcəyi mümkünsüz görünür.
Ancaq mübahisəli məsələlər olsa da, İsrail-Türkiyə münasibətlərindəki ağrılı dövrün geridə qaldığını söyləyə bilərik.
NƏTİCƏ:
- Ankara-Təl-Əviv trafikinə verilən müsbət enerji Türk Dövlətləri Təşkilatı üçün böyük önəm kəsb edir,
- Prosesin dinamikası İranda yeni narahat konsepsiya yaradır,
- Gələcəkdə İsrailin Türk Dövlətləri Təşkilatında hansısa formada iştirakı mümkündür.
Gundemxeber.Az
28-06-2016, 00:57
20-09-2016, 14:05
29-06-2016, 00:55
2-02-2014, 21:55
11-12-2017, 10:42
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?