GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ukrayna: Rusiya “aeroportlara və sərhədçilərə raket zərbələri endirib”

Ukrayna: Rusiya “aeroportlara və sərhədçilərə raket zərbələri endirib”

Tarix: 24-02-2022, 16:47 Bölmə :Dünya Baxış: 179

Cümə axşamı günü Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.

Ukrayna Prezidenti Volodimir Zelenski milli təhlükəsizlik və müdafiə şurasını ölkədə hərbi vəziyyət elan etməyə çağırıb.

Şuranın məsələni həll etmək üçün təcili iclas keçirəcəyi gözlənilir.

Reuters xəbər verir ki, Ukrayna Prezidenti Zelenski ölkədə raket zərbələri endirilməsi ilə bağlı xəbərləri təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın infrastrukturuna və sərhədçilərinə raket zərbələri endirib.

Ukrayna Silahlı Qüvvələri yaydığı bəyanatda Rusiya hərbi hava qüvvələrinin ölkənin Kiyevdə yerləşən beynəlxalq Boryspil və digər mülki hava limanlarını atəşə tutduğunu açıqlayıb.

Bundan əlavə, qurum Rusiyanın Odessa şəhərində dəniz limanını ələ keçirməsi ilə bağlı iddiaları təkzib edib.Rusiyanın Müdafiə Nazirliyi şəhərlərin hücuma məruz qalması iddialarını inkar edib. Nazirliyin açıqlamasında deyilir ki, Rusiya hərbi əməliyyatları "yüksək dəqiqlikli silahlarla" həyata keçirir və məqsəd "hərbi infrastrukturu, hava hücumundan müdafiə sistemini və hava qüvvələrini" hədəf almaqdır.

BBC müxbiri deyib ki, səhər saat beşdən etibarən Kiyevdə ilk partlayış səsləri eşidilib.

O deyib ki, səhərin erkən saatlarından partlayış səsləri əvvəl uzaqda sonra isə tədricən yaxın ərazilərdən eşidilib, amma hələ ki, şəhər mərkəzində olmayıb.

Ukraynanın xarici mətbuatla məşğul olan hökumət rəsmisi aerodromlara və hərbi qərargahlara hücum edildiyini bildirib.

Belarus istiqamətdən hücumlar başalyıb

Ukraynalı rəsmilərin açıqlamasına görə, Belarusda yerləşdirilən qüvvələr də bu ölkəyə qarşı şimal istiqamətdən hücumlara başlayıb.

Analitiklər hücumu Rusiyanın şərq istiqamətdən başlatdığı "döyüşlərə dəstək" kimi qiymətləndirib.

Onlar Rusiyanın regionda əsas müttəfiqi olan Belarusu Kremlin "nəzarətində olan ölkə" kimi təsvir edirlər.

Ziddiyyətli hərbi məlumatlar

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri onlar tərəfindən məhv edilib.

Ukrayna hərbçiləri hələ də hücuma qarşı mübarizə apardıqlarını bildiriblər.

Rusiya Müdafiə Nazirliyi Ukrayna ərazisində baş verənlərlə bağlı məlumatı yeniləyib. MN-nin dedikləri budur:

Bu məlumatlar Ukrayna hərbçilərinin dedikləri ilə ziddiyyət təşkil edir. Ukrayna tərəfi bildirib ki, ölkənin hərbi hava qüvvələri hücuma qarşı mübarizə aparır, hərbçilər isə müdafiə mövqelərini saxlayır.

Bir saat bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vəziyyəti "nəzarət altında" adlandırıb.

Bu səhər Rusiya Prezidenti Vladimir Putin xalqa növbəti dəfə müraciət edib və Ukraynanın Donbas bölgəsində "hərbi əməliyyat"lara başlandığını elan edib.

O, televiziyada bu bəyanatı səsləndirən zamanı BMT Təhlükəsizlik Şurası onu əməliyyatları dayandırmağa çağırıb.

Putin Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb.

Putin xəbərdarlıq edib ki, kimsə Rusiyanı ələ keçirməyə cəhd edərsə, Moskvanın cavabı "dərhal" olacaq.

Beynəlxalq münasibət

Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara start verdikdən dərhal sonra, ABŞ Prezidenti Joe Biden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

Ağ Ev rəhbəri çıxışında Rusiyanın hücumlarını "səbəbsiz və haqsız" adlandırıb.

Bu gün Böyük 7-lik ölkələri ilə iclas keçirəcəyini deyən Joe Biden, Kreml administrasiyasına qarşı "ağır sanksiyalar" tətbiq edəcəyini bildirib.

O, Ukraynaya bütün "zəruri dəstək və yardımların davam etdiriləcəyini" vurğulayıb.

Joe Biden baş verən bütün hadisələrə görə, yalnız Rusiyanın məsuliyyət daşıyacağını qeyd edib.

Ukraynanya hücuma münasibət bildirən Böyük Britaniyanın Baş naziri Boris Johnson açıqlamasında Putinin "qanlı yol"u seçdiyini qeyd edib.

Britaniyalı hökumət başçısı müttəfiqləri ilə Rusiyaya qarşı mümkün cavab variantlarının müzakirə ediləcəyini açıqlayıb.

NATO-nun Baş katibi Jens Stoltenberg hücumu "beynəlxalq hüququn ciddi pozulması" kimi şərh edib.

Hərbi alyansın rəhbəri Twitter hesabında paylaşdığı statusda hərbi əməliyyatların "saysız hesabsız mülki əhalinin həyatını riskə atdığını" bildirib.

O, qısa müddətdə NATO müttəfiqlərinin bir araya gələrək, Rusiyanın "aqressiv davranışlarına" qarşı atılacaq mümkün addımları müzakirə edəcəklərini deyib.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib

    ABŞ-Ukrayna hərbi təlimlərinə start verilib ...

    18-09-2020, 10:39

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • İsrail Dəməşq və Homs vilayətindəki hökumət qüvvələrinin mövqelərinə raket zərbələri endirib

    İsrail Dəməşq və Homs vilayətindəki hökumət ...

    2-07-2019, 11:04

  • 
  • Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini açıqlayıb

    Putin Zelenski ilə danışıqlar üçün öz şərtlərini ...

    4-07-2019, 10:30

  • 
  • Zelenski: Ukraynalılar Putinin pasport haqda təklifini rədd edəcək

    Zelenski: Ukraynalılar Putinin pasport haqda ...

    29-04-2019, 13:24


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (154)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu