“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması dayandırılmalıdır”. Gundemxeber.zaz KONKRET.az-a istinadla xəbər verir ki, bunu deputat İşxan Saqatelyan “Daşnaksütyun” partiyasının yığıncağında deyib. O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının əleyhinə çıxış edib. “Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasından özünün və Azərbaycanın tələblərini yerinə yetirmək üçün istifadə etməyə davam edir. Ona görə də qondarma “erməni-türk barışığı” prosesi dayandırılmalıdır”, – deyə Saqatelyan sərsəmləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?