Azərbaycan şəhərində Azərbaycan və Türkiyə bayraqları erməni musiqisi altında yandırıldı... Ötən gecə 28-ci ildir ki, işğal altında qalan Xankəndi şəhərimizdə sülənən separatçı-terrorçu ermənilər Türkiyə və Azərbaycan dövlətləri əleyhinə kütləvi aksiya keçiriblər.
Gundemxeber.az Moderator.az-a istonadla xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, “ənənəvi məşəl yürüşü” adlanan tədbiri “Daşnaksütyun” partiyasının yerli gənclər şöbəsi təşkil edib. Azərbaycan şəhərində yeni tikilmiş baş erməni kilsəsindən başlanan yürüş zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilib. Dünya birliyindən, həmçinin, Türkiyə dövlətindən qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını tələb edən separatçı, işğalçı, terrorçu əqidəli aksiya iştirakçıları Xankəndinin mərkəzi meydanında erməni milli(?) musiqisinin sədaları altında Türkiyə və Azərbaycan bayraqlarına od vurublar...
P.S. Biz hələ gözləyək, Qarabağ həsrəti çəkənlərin hamısı ATƏT-in Minsk Qrupunun, ABŞ-ın, Rusiyanın, Fransanın, Britaniyanın çaldığı hava altında dərddən yanıb kül olsunlar, sonra baxarıq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?