Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.
Bu barədə Ukraynanın “Seqodnya” nəşri məlumat yayıb. Danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
xxx
14:19
Belarusda Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Bu barədə “Sputnik Belarus” tərəflər arasında görüş başladığını açıqlayıb
***
12:50
Ukrayna nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndələri ilə danışıqlar aparmaq üçün Belarus-Ukrayna sərhədi ərazisinə gəlib.
RBC-Ukrayna xəbər verir ki, görüş Ukrayna-Belarus sərhəddində Pripyat çayı yaxınlığında baş tutacaq. Nümayəndə heyətinin üzvləri: “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Arakhamia Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak Andrey Kostin , TCG-də Ukrayna nümayəndə heyətinin rəhbəri Xalq deputatı Rüstəm Umerov Ukrayna xarici işlər nazirinin müavini Nikolay Toçitski Bildirilib ki, Kiyev dərhal atəşkəs və rus qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?