Bu gün ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Rusiya nümayəndəsi ilə görüşəcək.
Görüş Minskdə, mətbuat üçün qapalı şəraitdə keçəcək. ABŞ Dövlət Departamenti bundan əvvəl bildirmişdi ki, Kurt Volkerin Rusiya nümayəndəsi ilə görüşündə Rusiya-Ukrayna münasibətlərinin müzakirəsi planlaşdırılır.
Dövlət Departamenti Rusiya nümayəndəsinin adını açıqlamayıb, amma daha əvvəl Ukrayna üzrə ABŞ-la dialoqu Rusiya prezidentinin köməkçisi Vladislav Surkov aparırdı.
Diplomatik mənbədən bildirilib ki, görüş günün ikinci yarısına planlaşdırılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?