Ukraynaya hücumda iştirak edən rus əsgərləri barədə daha bir iddia yayılıb. Gundemxeber.Az sfera.az-a istinadla bildirir ki, onların Kiyevdəki binalara qırmızı xaç işarəsi qoyaraq hücum edəcəkləri yerləri müəyyənləşdirdikləri irəli sürülüb. İşarələrdən şəhərə sızan rus agentlərinin raket hücumlarını istiqamətləndirmək üçün istifadə etdikləri güman edilir. "Twitter”də paylaşılan videoda sözügedən simvolların binanın qaz borularına qoyulduğu görülüb. Ardınca Kiyev yerli hökuməti sosial şəbəkələrdə xəbərdarlıq yerləşdirərək, damına çıxışı olan hündürmərtəbəli binaların sakinlərini hər hansı işarə və ya simvolun olub-olmadığını təcili yoxlamağa çağırıb. Başqa bir xəbərdarlıqda isə "nişanların üzərindəki etiketlər rənglənə və ya lentlə, o cümlədən torpaq kimi məhsullarla örtülə bilər” ifadələri yer alıb. Eyni zamanda Kiyevin meri Vitali Kliçko vətəndaşları bu işarələnmiş yerlər barədə məlumat verməyə, onların şəkillərini çəkib hüquq-mühafizə orqanlarına göndərməyə səsləyib. "İşarələri qoya biləcək hər hansı şübhəli şəxs haqqında da məlumat aldığınız halda, bizə bildirməyiniz tövsiyə olunur”, - deyə mer qeyd edib. Qurum rəsmisi, həmçinin vətənə xəyanət edən, Putinin əsgərlərinə kömək edən hər kəsin həbs ediləcəyini bəyan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?