Kiyev rəhbərliyi şəhərin mərkəzi istilik sistemindən imtina etməsi məsələsini müzakirə edir.
Gundemxeber.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib.
“Deyə bilərəm ki, vəziyyət birmənalı deyil, indi ekspertlər bu məsələni araşdırırlar, bu sistem vasitəsilə isinmək baha başa gəlir”, - o, “Kiyev” kanalının canlı efirində deyib.
Bununla yanaşı, Kliçko Kiyevi “Şərqi Avropada mərkəzləşdirilmiş istilik sistemi olan yeganə şəhər” adlandırıb.
Kiyev məzkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan yeganə şəhər deyil. Ukraynanın digər şəhərləri də bu sistemdən istifadə edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?